Maraqlı

2025-ci ilin sözü bu oldu

2 Dekabr 2025 12:13
Baxış: 55
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Oxford University Press" 2025-ci ilin sözü olaraq "rage bait" ifadəsini seçib.

Milli.Az xəbər verir ki, bu ifadə qəsdən qəzəb və hiddət yaratmaq üçün hazırlanmış onlayn məzmunu təsvir edir. OUP-nin araşdırmasına görə, sözün istifadəsi son bir ildə üç dəfə artıb.

Tərifə əsasən, "rage bait" insanları qıcıqlandırmaq və ya təhrik etmək üçün yaradılan, əsas məqsədi isə sosial şəbəkələrdə daha çox baxış və qarşılıqlı əlaqə toplamaq olan kontentdir.

Oxford Languages-in prezidenti Casper Grathwohl bildirib ki, bu ifadənin populyarlaşması insanların onlayn manipulyasiya üsullarını daha yaxşı anlamağa başladığını göstərir. O qeyd edib ki, internet əvvəllər daha çox maraq oyatmağa çalışırdı, indi isə emosiyaları hədəfləyir və idarə edir.

Ötən ilin sözü olan "brain rot" fasiləsiz skrollinqin yaratdığı zehni yorğunluğu ifadə edirdisə, "rage bait" diqqəti qəsdən qəzəb yaradan məzmunlara yönəldir.

Bu sözlər birlikdə onlayn alqoritmlərin insan davranışına necə təsir etdiyini ortaya qoyur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.