Hər 45 dəqiqədən bir oturmağa ara vermək lazımdır: Hərəkətsiz bədəndə nələr baş verir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müasir həyat tərzi insanları uzun müddət oturmağa məcbur edir və bu, əslində, insan skelet-əzələ sistemi üçün təbii olmayan bir vəziyyətdir.
Milli.Az xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, mütəmadi idman belə saatlarla oturmaqdan yaranan zərərləri tam kompensasiya edə bilmir.
45 dəqiqə hərəkətsizlikdən sonra bədəndə nə baş verir?
- Metabolizma təxminən 90% yavaşlayır;
- Yağyanma prosesi demək olar ki, dayanır;
- Bud və omba əzələləri fəaliyyətini azaldır, bu isə qan dövranını pozur;
Fleboloqalar xəbərdarlıq edir ki, bu həyat tərzi varikoz riskini ciddi şəkildə artırır.
Daim oturmaq çanaq orqanlarına qan axınını zəiflədir. 45 dəqiqə qaydasını tətbiq edən ofis işçilərinin şəxsi müşahidələri isə maraqlıdır:
- bel ağrıları azalır və ya tam yox olur,
- diqqət artır,
- günortadan sonra yaranan yorğunluq hissi aradan qalxır.
Mütəxəssislərdən tövsiyə: 45 dəqiqə otur, 5-10 dəqiqə hərəkət et
Erqonomiya üzrə mütəxəssislər sadə bir qayda təqdim edir:
45 dəqiqə oturduqdan sonra 5-10 dəqiqə aktiv hərəkət edin.
Tam məşq proqramı etmək vacib deyil - sadəcə:
- dəhlizdə bir neçə dəqiqə gəzin,
- pilləkənlə qalxın,
- və ya yüngül dartınma hərəkətləri edin.
Ortopedlər bu qısa fasilələrin onurğa sağlamlığı üçün çox vacib olduğunu bildirirlər.
Bir çox şirkətlər fasilə qaydasının faydasını görərək əməkdaşlara xatırlatmalar təyin edib. Nəticələr isə olduqca müsbətdir:
- iş məhsuldarlığı artır,
- xəstəlik səbəbi ilə işə gəlməmələr azalır.
Bu qayda xüsusilə qan dövranı zəif olan və onurğa problemi başlanğıcı olan insanlar üçün önəmlidir.
Nevroloqlar qeyd edir ki, mütəmadi olaraq pozisiya dəyişmək:
- beynə qan axınını artırır,
- qərarvermə sürətini yüksəldir,
- idrak funksiyalarını gücləndirir.
Sadə bir telefon taymeri belə bu vərdişi formalaşdırmaq üçün kifayətdir.
Zamanla bədən özü siqnal verməyə başlayacaq: artıq ayağa qalxıb hərəkət etməyin vaxtı gəldiyini hiss edəcəksiniz. Bu ritm zamanla təbii hala gəlir və ümumi həyat keyfiyyətinizi yüksəldir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
İcra başçısı bazarda satıcıya: "Haqqınızı halal edin" - (Video)
-
Joze Mourinyo "Real Madrid"də tarix yazdı: XXI əsrin rekordu
-
Formula-1: Las-Veqas Qran-Prisinin qalibi bəlli oldu
-
Nigar Tofiqin səhnə geyimi müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu
-
Gimnastlarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - (Foto)
-
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - (Foto/Video)
-
İcra başçısı bazarda satıcıya: "Haqqınızı halal edin" - (Video)
-
Şəmkirdə evdən 66 yaşlı qadının meyiti tapıldı
-
Türkiyə Super Liqası: “Beşiktaş” səfərdə “Konyaspor”u məğlub edib
-
Emre Altuğun 10 ilədək həbsi tələb olunur
-
Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik"
-
Ronaldonun nəhəng heykəli qoyuldu
-
Mahir oynadı, komandası qalib gəldi
-
Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu
-
Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu
-
Joze Mourinyo "Real Madrid"də tarix yazdı: XXI əsrin rekordu
-
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə





