Maraqlı

Google ən populyar saytların adını açıqladı

29 May 2010 16:22
Baxış: 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, siyahıya Facebook sosial şəbəkəsi rəhbərlik edir. Oraya hər gün orta hesabla 540 milyon adam baş çəkir. Saytda orta günlük səhifələnmə isə 570 milyarda çatır.
İkinci pillədə gələn Yahoo.com saytına gündə 400, üçüncü Live.com-a isə 370 milyon nəfər baş çəkir. Dördüncü yerdə Vikipediya (310 milyon), beşinci pillədə isə MSN (280 milyon) gəlir.

Rusiya saytlarından Yandex.ru 57-ci, Mail.Ru 58-ci pillədədir. Onlara hər gün müvafiq olaraq 38 və 37 milyon insan baş çəkir. Məşhur "Odnoklassniki" sosial şəbəkəsi isə yalnız 118-ci yerdə qərarlaşıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.