Maraqlı

Kişilərin nəsli tükənmə təhlükəsi ilə üz-üzə - Bu tarixdən sonra...

19 Yanvar 2025 17:51
Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son dövrlərdə aparılan araşdırmalar Y xromosomunun, yəni kişilərin cinsiyyətini müəyyən edən xromosomun bir gün tamamilə yox ola biləcəyi barədə nəzəriyyələr irəli sürüb.
 
Milli.Az xəbər verir ki, "BBC Science Focus"a danışan Molekulyar Elm İnstitutu professoru Ceni Qrevs bu genetik itkini Y xromosomunun digər xromosomlarla rekombinasiya edə bilməməsi ilə əlaqələndirib. Rekombinasiya genlərin qarışaraq zərərli mutasiyaların aradan qaldırılmasını təmin edir.
 
Tədqiqatçılar təxminən hesab ediblər ki, kişilərin nəsli tükənməsi təqribən 6-7 milyon il çəkə bilər. Lakin təkamül prosesləri və genetik adaptasiyalar sayəsində kişilərin bu dəyişikliklərə uyğunlaşma potensialı yüksəkdir. Yəni bu müddət ərzində yeni bir cinsiyyət mexanizminin ortaya çıxma ehtimalı böyükdür. 
 
Yaxın gələcəkdə olmasa da, milyon illər sonra dünyada bircə kişi belə qalmaya bilər./"Yeni Sabah" 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.