Dünya musiqi bazarında kifayət qədər məşhur olan ispan pop ulduzu Aytana "Real Madrid"in və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqemlə əlaqəsi haqda danışıb.
Milli.Az xəbər verir ki, müğənni futbolçu ilə eşq yaşadığını inkar edib.
Yada salaq ki, son həftələr mətbuatda belə söz-söhbətlər dolaşır.
Müğənni İnstaqram hesabında paylaşım edib:
"Necə oldu ki, bu ilin 17 günündə mənim artıq üç sevgilim oldu? Hamınıza təşəkkür edirəm", - deyə ulduz müğənni yazıb./publika.az
Milli.Az