"Hamı qeyrət dağarcığı olub. Aktyorların haqqını yeyən şərəfsiz, şərəfdən, abırdan danışır. Guya Çimnazın yerinə bu qəbir sorğu-sualındadır. Sən camaatın pulu ilə özünə şərait düzəltmisən də. Sən ümumiyyətlə sorğu-sualsız qır qazanında gedəcəksən. Çünki hamının əziyyətinin haqqını yemisən".
Milli.Az xəbər verir ki, bu sözləri aktrisa Mətanət Eres yazıb.
O, mərhum Çimnaz Sultanovaya dair sərt sözlər işlədən rejissor Rövşən İsaxı daha sərt ifadələrlə ağ yuyub qara sərib:
"Gör sən öləndə nə qədər nəhlət yağdıracaqlar. Hələ necə əziyyətlə öləcəksən, Allah bilir. Çimnaz yenə "Kelmeyi Şəhadəti" deyə bildi son nəfəsində. Sənə o da qismət olmayacaq ... Tamaşaçı tanımasa da, aktyor əhli səni əla tanıyır. Sənin vicdanına..."
Həmçinin aktyor Əjdər Zeynalov da aktrisanın yazdıqları ilə həmfikir olub:
"Ən azından Çimnaz xanım heç kimin haqqını yeməyib, heç kimə pislik eləməyib, heç kimə pul atmayıb. Allah rəhmət eləsin". (Olay)
Milli.Az