"Azərbaycanfilm" kinostudiyasının və "Space" televiziyasının sabiq direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmova vəzifə verilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, M.Hətəmov Azərbaycan Prodüserlər Gildiyasının sədri seçilib.
Belə ki, gildiyanın yanvarın 18-də ümumi yığıncağında keçirilən seçkidə üzvlər tərəfindən M.Hətəmovun namizədliyi irəli sürülüb və səs çoxluğu ilə təsdiqlənib.
Milli.Az