Ölkə

Sumqayıtda baş vermiş yanğında xəsarət alan şəxsin SON DURUMU

19 Yanvar 2025 18:25
Baxış: 1 003
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhərində baş vermiş yanğında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Milli.Az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 19.01.2025-ci il tarixində saat 14:20-də 1986-cı il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.

Sağ döş qəfəsinin yüngül əzilməsi diaqnozu təyin edilən şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyəti stabildir.

Xatırladaq ki, bu gün günorta saatlarında Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.