Maraqlı

Niyə başqasının nişan üzüyünü taxmaq olmaz?

27 Oktyabr 2024 06:23
Baxış: 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq içində belə bir inanc var ki, başqasının bəxt üzüyünü taxmaq bədbəxtlik gətirir. Bu inanc həm türk, həm Avropa, həm slavyan xalqları arasında gəzir. Bəs bu fikir nədən qaynaqlanır? 

Milli.Az lent.az-a istinadə "Belə yaranıb" rubrikasında bu barədə məlumat verir.

Nişan üzüyü sevgi və xoşbəxt həyatın simvolu olan xüsusi zərgərlik məmulatıdır. Buna görə də, başqasının toy üzüyünü sınamaq sahibədən bir qədər enerji oğurlaya və ya onun evliliyinə problemlər gətirə bilər. Avropalılar inanırdılar ki, başqasının nişan üzüyünü sınayan subay qızlar əbədi olaraq tək qala bilərlər. Üzüyünü kiminsə barmağına taxan qızlar isə xəyanətə uğrayır və boşanır.

Nişan üzüyünün sahibinin enerjisini udduğuna inanılır. Buna görə də, əgər üzüyünüzü başqasını verirsinizsə, o, sizin xoşbəxtliyinizin bir hissəsini özünə çəkmiş olur. Eyni zamanda baqasının nişan üzüyünü barmağınıza taxmaqla onun mənfi enerjisini də öz üzərinizə çəkirsiniz.

Mağazada üzük taxmaq təhlükəlidirmi?

Mağazada yeni üzük almadan əvvəl onu sınamaq isə təhlükəsizdir.

Qədimlərdə bütün dünyada nişan üzüyü saf qızıldan hazırlanırdı. Onun üzərində heç bir qaş, yazı, cizgi olmamalıydı. Nişan üzüyü sonsuzluq rəmzi sayılır və yeni evlənən cütlüklərin sevgisini cinlərin bədxahlığından qorumaq üçün taxılırdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.