Dünya

İsraildə 4.9 ballıq təkanlar buna görə baş verirmiş - FOTO

27 Oktyabr 2024 08:59
Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər İsrailin şimalında - Hayfadan Colan təpələrinə qədər yeraltı təkanlar barədə məlumatlar daxil olub. Həyəcan siqnalı aktivləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi həm Şərqi Aralıq dənizində, həm də Ölü dəniz bölgəsində zəlzələ hiss edildiyi barədə xəbər yayıb.

Kanalın məlumatına görə, adətən, İsraildə zəlzələ xəbərdarlığı 4.5 və daha yüksək maqnituda zamanı işə düşür. Ancaq müxtəlif media orqanlarında təkanlarn 4.9 bal gücündə olduğu barədə məlumatlar yayılıb.

EMSC sistemində isə təkanların maqnitudasını müəyyən etmək çətin olub.

Tezliklə İsrail Müdafiə Ordusu (SAXAL) məlumatı dəqiqləşdirib. Məlum olub ki, "Hizbullah"ın yer altında yerləşən böyük silah anbarı partladılıb. Görünür, bu, yeraltı təkanların hiss edilməsinə və həyəcan siqnalının aktivləşməsinə səbəb olub. SAXAL vurğulayır ki, heç bir təhlükə yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.