Maraqlı

Dubayın yeni möcüzəsi: 380 metrlik göydələn...

26 Oktyabr 2024 16:59
Baxış: 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın vaxtlarda Dubayda 380 metr hündürlüyü və 22,5 metr eni olan yeni göydələn inşa ediləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, məlumatı "Naked science" yayıb.

Məlumata görə, İspaniya memarlıq studiyası tərəfindən layihələndirilən "Muraba Veil" adlanan bina 73 mərtəbədən ibarət olacaq. Binada 131 mənzil, spa, restoran, incəsənət qalereyası kimi obyektlərin inşası nəzərdə tutulub.

Memarların fikrincə, unikal bina Dubaya gələn turistlərin diqqətini çəkəcək, lakin dünyanın ən "dar" göydələni titulu ona məxsus olmayacaq. Bu ad hazırda Nyu Yorkdakı "Steinway Tower "adlı binaya aiddir. Onun eni cəmi 18 metrdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.