14 qurdun ABŞ parkında yaratdığı möcüzə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1995-ci ildə Yellouston Milli Parkında balansı saxlamaq üçün 14 qurd alınaraq, vəhşi təbiətə buraxılır. Prosesin inkişafını elm mərkəzinin mütəxəsisləri izləyirlər. Bir müddət sonra alimlər Milli Parkda ekosistemin tamamilə müsbət istiqamətdə dəyişdiyinin şahidi olurlar.
Milli.Az axar.az-a istinadən bildirir ki, 70 il ərzində parkda qurd yox idi və bütün bu müddət ərzində orada marallar çoxluq təşkil edirdi. Maralların bioloji artımı yerli floraya ziyan vururdu, bitkilər və kiçik heyvanlar onların qurbanı olurdu.
Milli Parka buraxılan 14 qurd bütün maralları yemədi, lakin onları daha diqqətli otlaq yerləri seçməyə və parkın müəyyən ərazilərindən çəkilməyə məcbur etdi.
Maralların çəkildiyi yerlərdə bitki örtüyü canlanmağa başladı. Altı il ərzində ağacların sayı beş dəfə artdı. Qunduzlar, çaylarda ördəklər və balıqlar peyda oldu. Qurdlar çaqqal populyasiyasını azaltdı, bu da dovşan və meşə siçanlarının sayının artmasına səbəb oldu. Nəticədə şahinlər, digər vəhşi quşlar və tülkülər parka gəldi. Ayılar qurdların ovladıqları heyvanların qırıntılarını yeyə bilmək üçün parkda məskən saldılar. Parkda giləmeyvələrin sayı artdı. Bütün heyvanların qidalanması üçün bitki və heyvan çoxluğu yarandı. Təbiət daha sürətlə böyüməyə və şaxələnməyə başladı.
Amma ən heyrətlisi odur ki, qurdlar çayların axarını dəyişdilər: çaya axan kanallar sabitləşdi və sahil eroziyası azaldı. Bu ona görə baş verib ki, qurdların marallara təsiri çay sahillərində ağacların və otların böyüməsinə səbəb oldu, nəticədə sahillər möhkəmləndi, parkın coğrafiyası dəyişdi.
Bütün bu ekosistemin inkişafı sadəcə Milli Parka buraxılan on dörd canavar sayəsində baş verdi.
Yəni: Təbiətdə Qurdun və Yer üzündə Türkün varlığı sadəcə İnkişaf və Balans yaradır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
"Şəki Yaylası" istirahət mərkəzində ölənlərin adları bilindi - Yenilənib - (Video)
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
“Qızıl top”u özümə verərdim” - Mbappe
XƏBƏR LENTİ
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
"Şəki Yaylası" istirahət mərkəzində ölənlərin adları bilindi - Yenilənib - (Video)
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq





