Kişilərin ölümünü qadınların “dır-dır”ı tezləşdirir? - Qalmaqallı açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya yaranandan bəri qadınlar kişilərlə müqayisədə daha uzun ömür sürürlər.
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, dünyada əhalinin ortalama ömür uzunluğu 72 ilə bərabər olub. Amma qadınlarla kişilərin ömür uzunluğu arasında fərq var: qadınlar üçün bu göstərici 74 il 2 aydır, kişilər üçün isə - 69 il 8 ay.
Bəziləri kişilər daha az yaşamasının günahının qadınlarda olduğunu iddia edir.
Doğrudanmı, kişilərin az yaşamasının günahı qadınlardadır? Doğrudanmı, qadınlar öz "dır-dır"ı ilə kişilərin ömrünü yeyir?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a psixoloq Vüsalə Rüstəm danışıb.
O, bu iddiaların tamamilə cəfəngiyyat olduğunu bildirib:
"Kişilərin qadınlardan az yaşamasının səbəbləri ilk öncə müharibələr, zərərli vərdişlərin olması və emosional olmalarıdır. Bu səbəblər onların ömrünü qısaldır. Kişi orqanizmi hormonlarla bağlı stressə az davamlıdır, yəni kiçik bir hadisəni böyüdür və dözülməz həddə çatdırır.
"Kişilərin ömrünü qadınlar yeyir və "dır -dır" edərək ömrü qısaldır" fikri yanlışdır. Ailə balanslaşdırılmış münasibətlər üzərində qurulur. Hər iki tərəf bir -birini müəyyən qədər tanıyır. Tərəflərdən biri dözülməz dərəcədə danışmağa başlayıbsa, digəri ya onu eşitmir, ya da eşitmək istəmir. Bu zaman o əsəbiləşib deyinməyə başlayır. Deyinən insanı isə sakitləşdirmək digər tərəfin həssaslığından asılıdır. Deyinmə prosesi gərginlik və rahatlığı pozur. Bu isə əsəbilik, dözümsüzlük yaradır. Deyinən qadın eşidilməyən, ciddiyə alınmayan qadındır. Bu vəziyyəti yaradan isə kişidir".
Psixoloq qeyd edib ki, qadınların uzun yaşamalarının sirri həyat tərzi və hormonlarla bağlıdır:
"Qadınların uzun ömürlülüyünün sirri onların hormonları və həyat tərzi ilə bağlıdır. Çoxu zərərli vərdişlərdən uzaqdır, hirsləndikdə çox asanlıqla ağlaya bilir, hormonlarında olan antioksidantlar, əsəbiləşərkən orqanizmdə əmələ gələn zərərli kimyəvi maddələri yox edir və orqanizm zərər görmür. Həm də qadınlar ana olduqda orqanizm uşaq sayəsində yenilənir. Kişilərin uzun və ya qısa yaşaması qadınlarla bağlı deyil".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
XƏBƏR LENTİ
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı





