Qadınlarımız niyə bir-birinə bənzəyir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illər daha baxımlı görünmək üçün qadınlar tez-tez estetik cərrahi əməliyyatlara üz tuturlar. Burun əməliyyatları siyahıda üstünlük təşkil edir. Küçədə bir-birinə oxşayan qadınların sayı artıb. Əvvəllər kompleksləri aşmaq üçün edilən əməliyyatlar artıq bədənə çoxsaylı müdaxilələrlə yekunlaşır.
Maraqlıdır, ətrafda bir-birinə oxşayan qadınların çoxalması, estetik əməliyyatların kütləviləşməsi hansı psixoloji fəsadlara yol aça bilər?
Milli.Az xəbər verir ki, psixoloq Fuad Əsədov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O, məsələyə belə yanaşıb:
"Qadınlar üçün gözəllik standartları hər zaman mövcud olub. Qədim zamanlarda sinə və çanaq hissəsi böyük olanlar, həmçinin "balıq ətli" kimi təqdim edilənlər gözəl qadın hesab edilirdi. XII-XIII əsrlərdə ağdərili və ortaçəkili qadınlar gözəl hesab edilirdisə, renessans (intibah) dövründə bu standartlar kiçik sinə və daha dolu görüntü ilə əvəz olundu. Çiçək xəstəliyi yayıldıqdan sonra isə qadınlar makiyaj istifadə etməyə başladılar. XIX əsr Viktoriya dövründə qadınların korset istifadə etməsindən sonra incə belli olmaq dəbə mindi.
Bugünkü gözəllik standartları bütün solçu və feminist etirazlara rəğmən hələ də öz varlığını qorumaqdadır. İncə burun, dolğun dodaqlar, arıq vücud və s. Tarixin bütün dövrlərindəki bu tendensiyanı belə ifadə edə bilərik.
"Başqası kimi olmağa çalışmaq". Bu, ən asan işdir. Qarşında hazır rol model və gözləntilərlə dolu cəmiyyət var və sən bilirsən ki, nə etmək lazımdır. Makiyaj, geyim və cərrahi əməliyyatlar sənin xidmətindədir".
Psixoloq qeyd edib ki, xüsusilə, modern dövrdə kapitalizmin qurduğu tələlərlə insanların beyninə mövcud standartları yerləşdirmək daha asandır:
"Media və reklamlar bizə Monika Bellucini, Skarlet Yohansonu, Elizabet Olseni, Cennifer Lourensi göstərir və deyir ki, əsl qadın belə olmalıdır, əgər belə deyilsinizsə, belə olmağa çalışın. Bunun üçün də makiyaj və əməliyyatlar var. Bəzi hallarda isə tətbiqlərdəki effektlər...
Ən böyük problem odur ki, insanlar fərqli olmaq fürsətindən imtina edirlər. Özlərinə görə utanırlar və özləri olduqları üçün özgüvənsiz olurlar. Mən demirəm ki, kiminsə üzündə və ya bədənində konkret bir qüsur varsa, o, bunu dəyişməyə çalışmamalıdır. Bu, tamamilə başadüşülən bir haldır. Bəlkə də, bir az "abilist" ifadə kimi görünə bilər, amma empatiya qursaq, kimsə əyri burunla və ayaqlarla yaşamaq istəməyə bilər. Lakin şəxs sırf dəbə ayaq uydurmaq və gözəllik standartlarında olmaq üçün minlərlə manat xərc çəkirsə, burada irrasionallıq var".
Psixoloqun fikrincə, sözügedən nüansda özgüvən əskikliyindən tutmuş, bədən dismorfik pozuntusu və depressiya kimi ağır psixoloji problemlərə rast gələ bilərik:
"Qadınların əksəriyyəti düşünür ki, nə qədər arıq olsalar, bir o qədər gözəl olacaqlar. Beləliklə, yeməkdən imtina etməyə və ya yediklərini qaytarmağa çalışırlar. Bu artıq anoreksiya deyilən başqa bir psixoloji problemdir.
Uzun sözün qısası, gözəl olmağı arzulamaq və buna çalışmaq pis bir şey deyil. Amma gözəl olmaq üçün insan öz fərqliliyindən, sağlamlığından və rahatlığından imtina edirsə, bu, böyük problemdir. Təəssüf ki, kapitalizmin və modernizmin yaratdığı tendensiya da məhz budur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
XƏBƏR LENTİ
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)





