Maraqlı

Bakının mərkəzində uşaqlar üçün yeni brend geyim butiki istifadəyə verildi - FOTO

26 Oktyabr 2023 16:58
Baxış: 1 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu yaxında Bakının mərkəzi küçələrinin birində uşaqlar üçün çoxbrendli yeni geyim butiki öz qapılarını alıcıların üzünə açıb.

"Clover Kids" həm azyaşlı moda həvəskarlarının, həm də onların valideynlərinin xoşuna gələcəyindən əmin olduğumuz bir butikdir. Burada 0 aylıqdan 16 yaşadək uşaqlar və yeniyetmələr üçün "Molo", "Mini Rodini", "The Animals Observatory" və "Tartine et Chocolatе" kimi dünyanın bir çox ölkəsində məşhur olan brendlərdən geyim və aksesuarlar təqdim olunub.

Təqdim olunan brendlərdən "The Animals Observatory", "Molo" və "Mini Rodini" Skandinaviya komfortunu və asketizmi, eləcə də keyfiyyəti təcəssüm etdirir. Bu brendlərdən olan geyimlərdə istifadə edilən maraqlı printlərə heç kim biganə qala bilməyəcək. Ölkəmizdə artıq bir çox valideynin sevimlisi olan "Tartine et Chocolatе" brendi qədim tarixə malik olmaqla fransız dəbdəbəsini və zərifliyini uşaq modasına gətirib.

Bir o qədər önəm daşıyan fakt ondan ibarətdir ki, bu markalara məxsus geyimləri əldə etməklə siz həm də dayanıqlı gələcəyə töhfə vermiş olursunuz. Bu gün dünyada ətraf mühitin mühafizəsinin ön plana çıxdığı və bir çoxlarının orqanik materiallara üstünlük verdiyi bir vaxtda "Molo" və "Mini Rodini" brendləri GOTS (qlobal orqanik tekstil standartı) sertifikatına layiq görülüb. Bu markalar ətraf mühitin mühafizəsi və yerli istehsal üsullarının təşviqi üzrə ciddi standartlara riayət olunmasına xüsusi diqqət yetirir.

Butikin əsas üstünlüklərindən biri qiymət siyasətidir. Belə ki, burada birbaşa olaraq brendlərin özlərinin hər bir bazar üçün müəyyən etdiyi qiymətlərə riayət olunur. Beləliklə, qənaət etmək məqsədilə onlayn alış-verişləri təxirə salmaq olar. Nəzərə alaq ki, onlayn alış-verişlər çox vaxt yalnış ölçü və uyğun olmayan modellərin çatdırılması ilə başa çatır,

Zərifə Əliyeva küçəsi 59A ünvanında yerləşən "Clover Kids" butikində təqdim olunan rəngarəng və qeyri-adi uşaq və yeniyetmə geyim çeşidləri ilə tanış olmaq şansını qaçırmayın. Bura modanın ekolojiliklə, tərzin isə əlçatanlıqla birləşdiyi və həm sizin, həm də uşağınızın özünüz üçün dünya miqyaslı yeni brendləri kəşf edəcəyiniz məkandır.

"Clover Kids" butikinin qapıları həftə içi saat 10:00 - 20:00 arası, şənbə günləri saat 11:00-dən 21:00-dək, bazar günləri isə saat 11:00-dən 20:00-dək ziyarətçilərin üzünə açıqdır.

Mağaza ilə +994 55 207 63 63 telefon nömrəsi ilə, həmçinin https://www.instagram.com/clover_kidstore "Instagram" səhifəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.