Maraqlı

Ən gec qocalan xalqlar - SİYAHI

22 Oktyabr 2023 18:54
Baxış: 1 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın bütün xalqları arasında yaponlar ən yavaş qocalanlar sırasındadır.

Milli.Az lent.az-a istinadən bildirir ki, bunu aparılan araşdırmanın nəticələri sübut edib.

Qeyd olunur ki, yapon xalqının nümayəndələri arasında qocalmanın ilk əlamətləri orta hesabla 76 yaşında görünür. Yaşlanma əlamətləri haqqında danışarkən elm adamları ən çox bunları - ürək-damar sisteminin 13 xəstəliyi, Parkinson xəstəliyi, eşitmə itkisi, katarakt, Alzheimer xəstəliyi və yıxılma nəticəsində yaranan xəsarətlər.i nəzərdə tuturlar.

Yaponlardan sonra İsveçrə, Fransa, Sinqapur və Küveyt sakinləri gəlir. Alimlər müəyyən ediblər ki, yuxarıda qeyd olunan qocalıq xəstəliklərinin fizioloji qocalmanı göstərən əlamətləri orta hesabla 75 yaşdan sonra görünməyə başlayır.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, qocalma qadınlardan fərqli olaraq kişilərdə nisbətən daha tez görünür: zərif cinsin nümayəndələri orta hesabla daha yavaş yaşlanır və onların beyinləri kişilərə nisbətən daha uzun müddət aktiv qalır.

Ümumilikdə, tədqiqatçılar bildirirlər ki, 1990-cı ildən bəri dünyada yaşla bağlı xəstəliklərdən ölüm halları azalıb. Bu gün intensiv qocalmanın başlanması üçün qlobal orta hədd 65 yaşdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.