Maraqlı

Günəş sisteminin ən təhlükəlisi - Yaradılışın sirri oradadır

1 Oktyabr 2023 15:04
Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bennu asteroidindən torpaq nümunəsi götürən ABŞ-ın Milli Kosmos Agentliyinin (NASA) "Osiris-Reks" kosmik aparatı sürətlə Yer kürəsinə qayıdır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, 2016-cı ildə kosmosa buraxılan "Osiris-Reks" 2020-ci il oktyabrın 20-də qısa müddətə asteroidin üzərinə enib.

Kosmik aparatın Bennudan toplanan nümunələrlə sentyabrın 24-də Yerə enməsi gözlənilir. Təqiqatçılara görə, bu nümunələrlə "haradan gəldik və dünya necə yarandı" suallarına cavab tapmaq olar.

"Bennu asteroidindən 250 qramlıq torpaq nümunəsini Yerə çatdırdığımız zaman planetimizdən, bəlkə də Günəş sistemindən əvvəl mövcud olan zərrələrə baxacağıq. Bundan əlavə, bu kapsuldan götürüləcək nümunələr okeanların suyunu haradan aldığı, atmosferimizdəki havanın haradan gəldiyi, ən əsası isə Yer üzündəki bütün həyatı təşkil edən üzvi molekulların mənbəyinin nə olduğu suallarına cavab verəcək", - tədqiqatçılar deyirlər.

Kosmik aparatın asteroiddən torpaq nümunəsi götürməsi üçün mövqeyini müəyyən etmək 2 il, əlavə olaraq, xəritəçəkmə işləri 2 il çəkib. Astrofizik Brayan Mey və komanda yoldaşı Klaudiya Manson Bennuya yaxınlaşmaq üçün ən təhlükəsiz əraziləri müəyyənləşdirib.

NASA Bennunu Günəş sistemindəki "ən təhlükəli cisim" hesab edir. Hərəkət trayekotriyasına görə Bennunun Yerlə toqquşması ehtimalı yüksək hesab olunur. Amma tədqiqatçılar hələlik bu ehtimalın çox aşağı olduğunu deyirlər. Ən azı gələn əsrin sonuna qədər...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.