Maraqlı

Uzaq planetlərin birində yaşam əlamətləri ola bilər

14 Sentyabr 2023 08:54
Baxış: 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ceyms Uebb Kosmik Teleskopu uzaq planetdə həyat əlamətləri ilə bağlı təsdiqlənməmiş məlumatlar əldə edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssislər teleskopun planetdə dimetil sulfid (DMS) adlı molekulu aşkarlamış ola biləcəyini və bu molekulun Yer kürəsində yalnız canlılar tərəfindən istehsal olunduğunu söyləyirlər.

Bununla belə, tədqiqatçılar 120 işıq ili uzaqlıqdakı planetin aşkarlanması üçün daha çox məlumatın lazım olduğunu vurğulayıblar.

Tədqiqatçılar planetin atmosferində metan qazı və karbon qazı (CO2) da aşkar ediblər. Bu qazların aşkarlanması həmin planetin su okeanına malik olması demək ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.