Təbiətin əsrarəngiz möcüzəsi Qaranohur gölündən REPORTAJ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda bütün fəsillərdə öz gözəlliyi ilə seçilən təbiət incilərindən biri də İsmayıllı rayonundakı Qaranohur gölüdür. Göl İsmayıllı şəhərindən 8 km şimal-şərqdə yerləşir və dəniz səviyyəsindən 1520 m yüksəklikdədir. Dağların arasında, sıx meşələrin ortasında yerləşən Qaranohur gölü "Şahdağ" Milli Parkının ərazisindədir. Talıstan və Diyalı kəndlərinin yuxarı hissəsində Böyük Qafqazın baş suayrıcı silsiləsinə paralel uzanan məşhur Niyal dağının cənub yamacındadır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Qaranohur gölünə getmək istəyənlər İsmayıllı şəhərinə çatmamış sağ istiqamətdə Talıstan kəndinə doğru yol görsənəcək. Kəndin içindən "Şahdağ" Milli Parkının girişinə qədərdir. Parka giriş ödənişlidir, 2 azn təşkil edir. Gölün yaxınlığına müəyyən məbləğ ödəyib yolsuzluq maşınları ilə də getmək mümkündür. Lakin piyada getmək yorucu olsa da, təbiətin gözəlliklərini görməyə dəyər. Avtomobillə gedənlər isə bu gözəllikləri görməkdən məhrum olacaq.
Onu da qeyd edim ki, avtomobil yolunu hər maşınla getmək mümkün deyil. Yollar çox eniş-yoxuşludur.
Ödəniş edib parka daxil olduqdan sonra iki marşrut başlayır. Marşrutlardan biri "Cavanşir Qalası" digəri isə "Qaranohur gölü" dür. Oranı ziyarət edən bəzi insanlar yolu qarışdırırlar. Bu səbəbdən yolu tanıyan şəxslərlə getmək daha məsləhətlidir. Çünki meşədə ayı və digər heyvanlar var.
Gölə qədər piyada yolu təxminən 5 km qədərdir. Yolu qət etmək ən azı 3 saat vaxt aparır. Yol boyu istiqamət göstərən nişanlarla müşaiyət edilir. Diqqətlə nişanlara fikir versəniz, yolu azmayacaqsınız.
İstirahət üçün yürüş olduqca maraqlı keçir. Dağ çayı, ağacların rəngli yarpaqları, meşə meyvələri səfərə rəngarənglik qatır. Bundan başqa, bəzi yerlərdə sərt yoxuşlar var, bu da gölə doğru qalxmağı azca çətinləşdirə bilər. Amma Qaranohur gölünü görəndən sonra insan bütün bu yorğunluğu unudur və görüntüdən zövq almamaq mümkün deyil.
Diqqətinizə çatdıraq ki, gölün yanında ictimai-iaşə obyekti yoxdur. Yürüş edənlər özləri ilə su və ərzaq götürməsi məsləhətdir. İstəyən insanlar gölün ətrafında çadır qurub qala da bilərlər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
-
Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Maykl Kerrik qovuldu
-
Pərvin Abıyeva: “Bir-iki saatlıq xəyanətə görə ailə dağıtmayın" - (Video)
-
Pavel Durov: “Hazırda 140 övladım var, 400-ə çatdıracağam"
-
Təranə-Musa cütlüyünün evi müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
Devrim Özkan ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?
-
Dublin sammitində nələr müzakirə olunur? - (Video)
-
Bəzi məhsullar bahalaşıb - Siyahı
-
General qızı ilə bağlı qərar verildi
-
Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
COP31-də 15 milyard dollarlıq razılaşma
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Gülər Hüseynovadan tarixi uğur - Azərbaycan boksunda ilk
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
-
Bakıda iki marşrut xəttində avtobuslar yenilənir
-
Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Maykl Kerrik qovuldu
-
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü
-
Bakıda daha bir böyük idman tədbiri keçiriləcək
-
Pərvin Abıyeva: “Bir-iki saatlıq xəyanətə görə ailə dağıtmayın" - (Video)
-
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - (Video/Foto)
-
Lənkəranda kütləvi zəhərlənmə - 11 nəfərin 3-ü azyaşlıdır
-
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək





