Maraqlı

Dünyanın ən faydalı qidalarından biridir

6 Avqust 2023 12:40
Baxış: 1 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparılan araşdırmalardan sonra bəlli olub ki, ən faydalı çərəz badamdır. Onun orqanizm üçün faydaları saydıqca bitmir.

Milli.Az Axşam.az-a istinadən bildirir ki, badam tərkibi vitaminlərlə zəngin olduğu qədər, pəhriz saxlayanlar da ondan bol istifadə edə bilər.

Bir ovuc badam 163 kaloridir, tərkibində zeytunyağında olan yağlar var. Tərkibi omeqa, liflər və proteynlə zəngindir. ürək sağlamlığı üçün xeyirlidir. Xolesterinlə mübarizə aparır.

Badamın içərisində antioksidan var. Çiy badam yemək bədən üçün xeyirlidir. Stressi azaldır, orqanizmdə baş verən iltihablaşmanı aradan qaldırır.

Tərkibi maqneziumla zəngindir. Bir ovuc badam yemək bədəndəki maqnezium çatışmazlığının 20 faizini qarşılayır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.