Motosikleti “Mersedes”ə dəyişməyən kənddən REPORTAJ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zaqatalanın Danaçı kənd sakinlərinin əsas gəlir mənbəyi kənd təsərrüfatı, fındıq, bostan-tərəvəz məhsullarıdır. Kənddə maldarlıqla məşğul olanlar da az deyil.
Keçmişdə bu kənddə hər qapıda ən azı bir at arabası vardı, bu gün bu qoşqu vasitəsini motosiklet və velosiped əvəzləyir. Şəhərin nəqliyyat sıxlığından sonra Danaçı küçələrini dolaşarkən qarşılaşdığımız mənzərəyə heyran qalmaya bilmirsən. Hər tərəf bu iki nəqliyyat vasitəsi ilə doludur.
AZƏRTAC-ın əməkdaşı Danaçı kəndində olub, sakinlərlə söhbətində bu nəqliyyat növlərinə üstünlük vermələrinin səbəbləri ilə maraqlanıb.
Kəndə daxil olanda maraqlı mənzərə ilə qarşılaşırsan. Hər küçə və döngədə, qapıların qarşısında ya velosiped, ya da motosiklet görürsən. İlin istənilən fəslində kənddə bu iki nəqliyyat vasitəsindən daha çox istifadə olunur. Danaçıda nə qədər motosiklet və velosiped olduğunu biləndə təəccüblənməmək olmur. Bu kənddə iki minə yaxın motosiklet və bir o qədər velosiped var. Minik maşını isə saya gələcək qədər azdır.
Elə kəndin girişində qarşımıza ilk çıxan, motosikletlə işə gedən ağsaqqala yaxınlaşırıq. 75 yaşlı Abdulxalıq Mustafayev kənddə dil-ədəbiyyat müəllimi işləyib. Təqaüdə çıxandan bəri velosipeddən istifadə edir və bağ-bostanla məşğuldur.
"Təxminən 10-15 il öncə at arabalarından istifadə edirdik. Amma bizə əl vermirdi. Çünki ot gətirmək məsələsi problem idi, çox baha başa gəlirdi. Ona görə də kənd əhalisi daha ucuz olan motosiklet və velosipeddən istifadə etməyə başladı", - deyən həmsöhbətim bildirir ki, onun həyətində velosiped də var.
"Bizim qapıda hərəyə bir motosiklet var" - bunu isə digər kənd sakini Nuxov İsayev deyir. Onun motosikletinin azı 50 yaşı var. İki oğlunun da hərəsinin ayrıca motosikleti var. Nuxov kişi sözlərinə onu da əlavə edir ki, o, 10 yaşından motosiklet idarə edir və ailənin əsas gəlir mənbəyi də bu nəqliyyat növüdür.
"Sizdə motosiklet çoxdur, yoxsa minik avtomobili?" - deyə soruşduqda bildirdi ki, "Motosiklet çoxdur. Bütün işlərimizi motosikletlə görürük".
Kənddə elə ailələr də var ki, orada evin kişisinin sayı qədər motosiklet var. Hətta bir çox evdə köhnə model olan, işləməyən, sıradan çıxan onlarla motosiklet görmək mümkündür. Ən çox motosikleti olan ailələrdən biri də Mahmudovlardır. Bu barədə bizə ailənin gənc üzvü Fərid danışır: "Evimizdə 5 motosiklet var, qardaşlarımla istifadə edirik. Çox gözəl nəqliyyat növüdür. Sanki kənd işi görməkdən ötrü hazırlanıb. Hər bir işimizi bununla görürük".
Sakinlərlə söhbətdən o da məlum oldu ki, bu nəqliyyat vasitəsi əsasən Rusiyadan gətirildiyinə görə indi yenisinin alınması bir qədər çətinləşib. Ona görə köhnələrini təmir etmək məcburiyyətində qalırlar. Onlar istəyirlər ki, ölkəmizdə də motosiklet istehsalı həyata keçirilsin. Belə olarsa bu nəqliyyat növünə maraq daha da artar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
-
Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Maykl Kerrik qovuldu
-
Pərvin Abıyeva: “Bir-iki saatlıq xəyanətə görə ailə dağıtmayın" - (Video)
-
Pavel Durov: “Hazırda 140 övladım var, 400-ə çatdıracağam"
-
Təranə-Musa cütlüyünün evi müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
Devrim Özkan ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?
-
Dublin sammitində nələr müzakirə olunur? - (Video)
-
Bəzi məhsullar bahalaşıb - Siyahı
-
General qızı ilə bağlı qərar verildi
-
Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
COP31-də 15 milyard dollarlıq razılaşma
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Gülər Hüseynovadan tarixi uğur - Azərbaycan boksunda ilk
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
-
Bakıda iki marşrut xəttində avtobuslar yenilənir
-
Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Maykl Kerrik qovuldu
-
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü
-
Bakıda daha bir böyük idman tədbiri keçiriləcək
-
Pərvin Abıyeva: “Bir-iki saatlıq xəyanətə görə ailə dağıtmayın" - (Video)
-
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - (Video/Foto)
-
Lənkəranda kütləvi zəhərlənmə - 11 nəfərin 3-ü azyaşlıdır
-
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək





