Maraqlı

“Tesla” dünyanın ən çox satılan avtomobili oldu

27 May 2023 09:03
Baxış: 3 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2023-cü ilin birinci rübündə dünyada ən çox satılan avtomobillərin reytinqi tərtib edilib. Ən populyar avtomobillərin ilk beşliyində birinci yeri "Tesla Model Y" elektromobili tutub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "JATO Dynamics" agentliyinin məlumatında qeyd olunub.

Ümumilikdə, 2023-cü ilin birinci rübündə ABŞ avtomobil şirkəti 267,2 min elektrik krossoveri satıb.

Bildirilir ki, avtomobil xüsusilə Avropa İttifaqı ölkələrinin sakinləri arasında populyardır.

Maraqlıdır ki, reytinqin digər dörd mövqeyini Yaponiya istehsalçısı "Toyota"nın modelləri - "Toyota Corolla", "Toyota Hilux", "Toyota RAV4" və "Toyota Camry" tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory