41 yaşlı müğənni Beyons Stokholmda keçirilən konsertdə geyindiyi səhnə kostyumları ilə bütün diqqətləri öz üzərinə çəkib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin dünən İsveçdə Stokholmun ən böyük stadionunda sayca doqquzuncu olan "The Renaissance World Tour" konsert turu baş tutub.
Səhnəyə bir neçə obrazda çıxsa da, "Loewe" brendinin Beyons üçün özəl hazırladığı geyim böyük maraq toplayıb. Bu geyimin özəlliyi odur ki, zərli bodinin üzərində, intim hissələrdə belə qara əl işarələri var. (publika)
Milli.Az