Dizaynerlər uzun müddət yumşaq rənglərin bütün potensialından istifadə etdilər. Onlar kifayət qədər funksional olmalarına baxmayaraq, bəzən gözü yora bilir. Belə anlarda ən parlaq rənglər həm köməyə gəlir, həm də bütün gərginliyimizi aradan qaldırır.
Milli.Az xəbər verir ki, bu yay moda arenasına portağalın qeyri-adi tonu daxil olmağa hazırlaşır - narıncı. Rəngin adı artıq hər şeyi danışır, təbiətin bu sitrus rəng çeşidini bir çox markaların kolleksiyalarında görmək olar.
Dizaynerlər narıncını komplekt şəkildə geyməyə çağırırlar, lakin o yay formatının bir çox çaları ilə uzlaşır. Paltarlarda maksimum uzunluq tövsiyə olunur, belə bir model xüsusilə toy və ad günü məclisləri üçün uyğundur.
Tamamilə narıncı rəngə bürünməyə kifayət qədər cəsarətiniz yoxdursa, ayaqqabı və aksesuarlara diqqət yetirə bilərsiniz. Ayaqqabılar, çanta, hətta narıncı bir bəzək əşyası istənilən görünüşə son toxunuşu əlavə edərək onu daha parlaq və dəbli göstərəcək.
Bu iki variant arasında ideal bir kompromis kostyum ola bilər. Əgər əhval-ruhiyyəniz imkan verirsə, o zaman narıncı pencək və şalvarı birlikdə geyinə bilərsiniz. Əks halda, onları ayrı-ayrılıqda da uğurla istifadə edə bilərsiniz. (publika)
Milli.Az