Maraqlı

Məkkəgülü sizi bu xəstəliklərdən qoruyacaq

2 Aprel 2023 13:40
Baxış: 1 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Turşməzə dadı və xoş ətri ilə sağlam həyat tərzi keçirən insanların sevimlisi olan məkkəgülü çiçəyi bir çox xəstəliyin dərmanıdır.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, immuniteti gücləndirərək orqanizmi mikroblardan qoruyan bu bitki güclü antioksidant xüsusiyyətinə sahibdir. O, sərbəst radikallarla savaşaraq bədəni qoruyur.

Piylənmə ilə mübarizə xüsusiyyətinə görə diyetoloqların ən çox məsləhət gördüyü çay məkkəgülü çiçəyindən hazırlanan çaydır. Qan şəkəri düşən zaman yaranan aclıq hissini önləyir.

Sakitləşdirici xüsusiyyətinə sahib olması aybaşı ağrıları zamanı faydalıdır. Eyni zamanda hormonal tarazlığı bərpa edir.

Digər adı hibiskus olan bu bitki qəbizlik zamanı da geniş istifadə edilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.