Maraqlı

Ledi Qaqa itlərinə görə məhkəməyə verildi

26 Fevral 2023 04:31
Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ledi Qaqa oğurlanmış itlərinə görə vəd etdiyi görə mükafat ödəməkdən imtina etdiyinə görə məhkəməyə verilib.

Milli.Az xəbər verir ki, bi barədə BuzzFeed News"a məlumat yayıb.

Ledi Qaqanın 2 Fransız "Bulldoq"u 2021-ci ilin fevral ayının sonunda qaçırılıb. Belə ki, naməlum şəxslər heyvanlarla gəzən ifaçının köməkçisinə hücum edərək, onu güllələyib və itləri aparıblar.

Daha sonra Ledi Qaqa ev heyvanlarının qaytarılmasına görə 500 min dollar mükafat elan edib və bir neçə gün sonra onlar geri qaytarılıb.

İtləri geri qaytaran ABŞ vətəndaşı Cennifer Makbrayd sonradan oğurluqda əli olduğu üçün saxlanılıb və məhkum edilib. Məhkəmə onu oğurlanmış malları gizlətməkdə təqsirli bilib.

Yeni iddiada Qaqanın qonorar ödəməyərək Makbraydını aldatdığı iddia edilir.

Sənəddə deyilir ki, Makbrayd 500 min dollar almaması nəticəsində ağrı və iztirab yaşayıb. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.