Maraqlı

Gecə normal yuxu almayanlarda xərçəng riski yüksəkdir

18 Fevral 2023 20:35
Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli fizioloq alim Levent Öztürk xərçəngin profilaktikası zamanı normal gecə yuxusunun önəmli olduğunu açıqlayıb.

Bakupost.az xəbər verir ki, professor gecə yuxusu sayəsində immun sistemin möhkəmləndiyini, nəticədə xərçəng hüceyrələrinə qarşı mübarizə apardığını deyib.
"Şiş hüceyrələri ilə effektiv mübarizə aparmaq üçün bütün orqanlar, xüsusən qan və immunitet güclü olmalıdır. Bunun üçün beyin və onurğa iliyi gecə dincəlməlidir. Gecə saat 11-dən sonra səhərə kimi 7-8 saat yuxu almalıdır.

İnsan yatanda orqanizmdə olan hücumçu hüceyrələr kanserizasiyaya meyilli və şiş yaradan hüceyrələri məhv edir.
Əgər siz kifayət qədər yatmırsızsa, bu məhvedici hüceyrələrin aktivliyi azalır. Ona görə də gənclər və orta yaşlılar xüsusilə gecə yuxusunu normal miqdarda almalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.