Maraqlı

Artıq çəki insan ömrünü 8 il qısaldır

16 Fevral 2023 21:30
Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məhşur "Lancet Diabetes and Endocrinology" jurnalında maraqlı araşdırmanın nəticələri dərc olunub. Alimlər kompüterin köməyi ilə xüsusi riyazi model hazırlayıblar. Kompüterə piylənmədən əziyyət çəkən insanlar haqqında məlumatlar daxil edlirdi. Nəticədə məlum olub ki, piylənmə insan ömrünü 8-9 il qısaldır. Qarın nahiyyəsində piylərin yığılması (visseral piy) şəkərli diabet, ürək-damar sistemi və s. ağır xəstəliklərinin inkişafında əsas rollardan birini oynayır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyada 1,5 mlrd. insan piylənmədən əziyyət çəkir. Piylənmə çox "cavanlaşıb". Artıq bu diaqnoz 20 yaşlı insanlara və hətta uşaqlara qoyulur. Alimlərin fikirinə görə, bu çox təhlükəli tendensiyadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.