Maraqlı

Gəlirlərinə görə “Titanik”i üstələyən ekran əsəri

6 Fevral 2023 20:24
Baxış: 520

Məşhur rejissor Ceyms Kemeronun "Avatar: Suyun yolu" filmi beynəlxalq kassada "Titanik"i üstələyərək tarixin ən çox gəlir gətirən üçüncü filmi olub.

O, xarici bazarlarda 1,538 milyard dollar toplayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla belə, ekran əsərinin birinci hissəsi 2,1 milyard dollarla xaricdə ən çox gəlir əldə edən film olaraq qalır, "Avengers: Endgame" isə 1,9 milyard dollarla ikinci yerdədir.

Qeyd olunub ki, beynəlxalq kassada Çin (240,6 milyon dollar), Fransa (141,5 milyon dollar), Almaniya (130,7 milyon dollar) və Cənubi Koreya (105,5 milyon dollar) liderlik edir.

Milli.Az

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics