Maraqlı

24 yaşlı qız 85 yaşlı kişiyə ərə getdi - İndi də...

3 Fevral 2023 23:42
Baxış: 1 485

ABŞ-da 24 yaşlı Miracle Pogue 85 yaşlı kişi ilə evlənərək ondan hamilə qalmaq qərarına gəlib.

Milli.Az xəbər verir ki, bu barədə " The Mirror" məlumat yayıb.

Gələcək həyat yoldaşları 2019-cu ildə qızın işlədiyi camaşırxanada tanış olublar. "Çarlz paltar gətirirdi və istəyirdi ki, ona yalnız mən kömək edim" deyə Mircle xatırlayır. Qadın tez bir zamanda kişi ilə ümumi dil tapıb və bir neçə aydan sonra ona aşiq olduğunu başa düşüb. 2020-ci ilin fevral ayında Çarlz qıza onunla evlənməyi təklif edib və o vaxtdan bəri onların xoşbəxt davam edən evlilikləri var.

Qızın dediyinə görə, anası və babası onun qərarını qəbul ediblər, lakin atası seçimini dərhal bəyənməyib: "Atamın fikrini dəyişmək çox vaxt apardı. Toyuma gəlməsəydi, məni həmişəlik itirəcəkdi".

Qız iddia edir ki, başqalarının qınamasına əhəmiyyət vermir. Onun sözlərinə görə, çoxları onları ata və qız kimi qəbul edir və onların birliyini yanlış hesab edir, lakin o, əmindir ki, internetdəki insanların rəyi onun üçün heç bir rol oynamır.

Qadın ərindən hamilə qalmaq istəyir, lakin yaşına görə təbii yolla uşaq sahibi ola bilmir. Cütlük in vitro fertilizasiyaya (IVF) qərar verib və klinikaya gedib. Qızın sözlərinə görə, həkimlər onun uşaq sahibi olmaq istəyinə qərəzli yanaşıblar. (publika)

Milli.Az

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics