Maraqlı

Yalnız varlı olmaq istəyənlər oxusun - PUL MƏQSƏD DEYİL - VİDEO

6 Yanvar 2023 21:57
Baxış: 1 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21 yaşlı avstraliyalı Harri Sanders şəxsi biznesini qurub.

Milli.Az bildirir ki, 17 yaşında küçədə yaşamağa başlayan Harri, yaratdığı "Studiohawk" şirkətinin rəhbəridir. Şirkətin 1,5 milyon avstraliya dolları həcmində dəyəri var.

Sandersin uğura aparan həyat hekayəsinə diqqət yetirək. 16 yaşında SEO təşviqi şirkəti yaradan Harri çox keçmir ki, təcrübəsizlik ucbatından uğursuzluğa düçar olur. Beləliklə pulsuz qalır:

"Bir neçə gecəni körpünün altında keçirdim. Hərdən dostlarımın evində də qalırdım. Nə edəcəyimi bilmirdim. Lakin yaşadıqlarım mənə dərs verdi, əzmkarlığımı artırdı".

Qeyd edək ki, "Studiohawk" şirkəti veb-saytların internetdə daha çox görünməsini təmin edir. İyulda şirkətin Londonda da ofisi açılıb.

Gənc milyonçu Harri Sanders zəngin olmağın 5 sirrini açıqlayır:

- "özün olacağın" geyim geyin

- gündə heç olmasa 8 saat yat

- xoşladığın mövzularla bağlı mütaliə et

- pulu hara və nəyə xərclədiyinə diqqət et

- məqsədi müəyyən et. Pul məqsəd deyil. Əgər sənə yalnız pul lazımdırsa, uğura ümid etmə. (publika)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.