Maraqlı

Atasının robot olduğunu iddia edən ABŞ sakini onu öldürüb — Qəribə hadisə

27 Dekabr 2022 22:12
Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da bir şəxs atasını robot hesab edərək onu öldürüb.

İndiana ştatının Mitçell şəhərinin sakini bildirib ki, atasını insanabənzər robotla əvəz ediblər, buna görə atasını qətlə yetirib.

Dekabrın 20-də polisə naməlum şəxsdən zəng daxil olub. Həmin şəxs deyib ki, Heys atasını robot hesab edir və onu öldürməyə hazırlaşır. Heysin evinə gələn polis onu həyətyanı sahədə avtomobilə minərkən aşkar edib. Polis onu saxlayıb atasının harada olduğunu soruşub. Heys isə deyib ki, "həmin adam atası deyil, insanabənzər robotdur".

Daha sonra Heys deyib ki, "robot" evdə uzanıb və onu güllələməyə məcbur olub. Polis Heysi həbs edib. Evdə isə qətlə yetirlmiş kişini tapblar. Polis məntəqəsində də Heys dediyindən dönməyib və israr edib ki, insanabənzər robotu məhv edib.

Ona doqquz ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.