Maraqlı

Melisa çayının faydaları

24 Dekabr 2022 07:21
Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Melisa nanəkimilər fəsiləsinə aid olan bitkidir. Melisanın dəmləməsindən sinir sistemi xəstəliklərində geniş istifadə edilir. Onun limona bənzər qoxusu var, yağı güclü antibakterialdır. Melisanın dəmləməsi sakitıəşdirici, stress əleyhinə, yuxugətirici və s. təsirə malikdir. Aşağıdakı faydalı xüsusiyyətləri vardır:
- yuxu problemlərini aradan qaldırır
- əsəbləri sakitləşdirir
- stressi aradan qaldırır
- mədə narahatlıqlarını azaldır
- bağırsaq xəstəliklərində müalicəvi təsirə malikdir
- qaz çıxardıcı təsir göstərir
- tempraturu aşağı salır
- tərlədici təsirə malikdir.
Melisa çayı necə dəmlənir?
Yarım litr su qaynadılır, odun üzərindən götürülüb içərisinə 10 qram qurudulmuş melisa atılır. 10-15 dəqiqədən sonra çay içilməyə hazır olur.
Melisa çayı bakteriasid təsirə malik olduğu üçün dəri xəstəliklərini müalicəsində da geniş istifadə edilir. Dəri xəstəlikləri zamanı onun həm dəmləməsindən, həm də kompresindən istifadə edilir.
Melisa sakitləşdirici çaydır. Onu həddindən artıq içmək olmaz. Əgər siz yuxu dərmanı qəbul edirsinizsə, onda sizin melisa çayı içməyinizə ehtiyac yoxdur. Hamiləlik və uşaq əmizdirmə dövründə melisa çayını içmək lazım gəldikdə, mütləq həkimlə məsləhətləşmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.