“Başımı lövhəyə, sonra tumbuçkaya vurdu” - Müəllim tərəfindən döyüldüyü deyilən şagird - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şamaxı şəhər 3 saylı tam orta məktəbdə insident yaşanıb. 7-ci sinif şagirdi Rəvan İsayev deyir ki, tarix müəllimi Təranə Əsgərova onu döyüb. Hadisəyə Rəvan və sinif yoldaşının dərs vaxtı sinif otağındakı rəfdə gizlənməsi səbəb olub.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı "ATV Xəbər" ətraflı süjet hazırlayıb.
Rəvan İsayev (şagird): "Dərs vaxtı uje müəllim girdi sinifə oturmağa, onda qapını bağladıq, bilmədik nə edək. Ən axırda bizi gördü müəllim. Müəllim görəndən sonra bizi vurdu. Sinif yoldaşım Elşəni də vurdu. Ondan sonra biz getdik idman dərsinə".
Rəvan İsayevin sözlərinə görə, bununla kifayətlənməyən müəllim onları başqa sinifin şagirdləri qarşısında da təhqir edib.
Rəvan İsayev (şagird): "Sabahsı gün dedi ki, dünənləri məndən niyə qaçırdınız? Gəldi başımı lövhəyə, sonra tumbuçkaya vurdu. Ondan sonra qulağımdan darta-darta apardı yan sinifə. Məni utandırmaq istəyirdi".
Hadisədən xəbər tutan Rəvanın anası isə məktəbə gələrək müəllimin üzr istəməsini tələb edib. Tərəflər arasında başlayan mübahisə əlbəyaxa dava ilə nəticələnib.
Familə İsayeva (Rəvanın bibisi): "Beş gündən sonra eşidib gəlib ki, gəl uşağımı apar o sinifdə üzr istə. O da dedi ki, mən nə üzr istəyəcəm nə də eliyirəm. Mən beləyəm. Ondan sonra o da əsəbləşdi və bir birinə pis sözlər deyib dava elədilər. Ana müəlliməyə sillə vurandan sonra, bunlar bir də gördüm ki, yıxıldılar yapışıblar bir birinin saçından".
Hadisədə adı hallanan Təranə Əsgərova isə iddiaları qəbul etmir.
Təranə Əsgərova (müəllim): "Onsuzda polis orqanları bunu araşdıracaq. O xəstə idi, mən onun xəstəliyini bilirdim və orda onu çıxardanda bütün tərin-suyu içində idi, uşağın orada bağrı partlaya bilərdi. Mən ondan çox qorxdum. İftraya məruz qalmışam, uşaq öyrədilib. Öyrədildiyi kimi danışılır. İki sinifin gözünün qarşısında olmuş hadisələrdir, sinif isə başqa söz deyir və mən özüm eləmədiyim hərəkətləri üstümə atılıb şər atılır mənə".
Şirvan Rayon Təhsil İdarəsindən bildirildi ki, xoşagəlməz hadisə ilə bağlı araşdırma aparılır. Nəticəyə uyğun olaraq məsləyə hüquqi qiymət veriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
XƏBƏR LENTİ
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb





