Maraqlı

Tez-tez xəstələnən uşaqlar üçün - Alman metodikası

29 Noyabr 2022 21:25
Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Valideynləri narahat edən problemlərdən biri də uşaqlarının tez - tez xəstələnməsidir. "Tez-tez xəstələnən uşaqlar" dedikdə 1 yaşa qədər uşaqların ildə 4 dəfədən çox, 2-5 yaşda 5-6 dəfədən çox xəstələnməsi nəzərdə tutulur. Bunun bir çox səbəbləri var:

1. Digər patologiyası olmayan uşaqlar əsasən 6 aylıqdan sonra tez-tez xəstələnir. Belə ki, uşaqlarda anadan transplasentar yolla alınan passiv immunitet 6 aylığında itir. Bu səbəbdən 6 aylıqdan sonra törədici ilə rastlaşdıqda uşaq xəstələnir, onun öz immuniteti formalaşmağa başlayır.
2. Doğularkən uşağın döşə gec qoyulması, süni qidalara üstünlük verilməsi

3. Anemiya (daha çox Fe-defisitli anemiya)

4. Raxit

5. Hipotrofiyalar

6. Dölün bətndaxili hipoksiyası

7. Bətndaxili infeksiyalar, yenidoğulmuşun hemolitik xəstəliyini keçirmiş uşaqlar.

8.Bağırsaq disbiozu

9. Həyat şəraitinin qeyri-kafi olması

10. Antibiotiklərdən çox istifadə və s.

Tez-tez xəstələnən uşaqlar pediatr müayinəsindən keçməli, yanaşı patologiyalar aşkar olunduqda səbəbi aydınlaşdırılmalı, müvafiq müalicə aparılmalıdır.

İlk növbədə ana südünün vacibliyi anaya aşılanmalıdır. Raxit, anemiya, hipotrofiya, bağırsaq disbiozunun profilaktikasına ciddi diqqət yetirilməlidir.

Bu və digər xəstəliklərin müalicəsində tam formalaşmamış, həssas uşaq orqanizminə zərər vurmamaq üçün biotənzimləyici terapiyadan istifadə çox məqsədəuyğundur. Belə ki, Almaniyada istehsal olunan bu dərmanlar çox kiçik dozada (potensiya olunmuş), yəni orqanizmdə fəaliyyət göstərən bioloji aktiv maddələrin dozasındadır və orqanizmə, xüsusən də uşaq orqanizminə əlavə təsir göstərmir; tərkibi çox zəngin olub bitki, mineral, mikrob mənşəli komponentlər, toxuma ekstraktlarından ibarət olduğundan çoxhədəfli, yəni eyni zamanda bir çox etiopatogenetik həlqəyə təsir edir. Orqanizmin özünütənzimləmə və özünüsağaltma mexanizmlərini aktivləşdirir, bir çox patologiyaların əsasında duran immun disfunksiyanı aradan qaldırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.