Maraqlı

Bankı soymaq istəyirdi, özünü biabır etdi

24 Noyabr 2022 04:31
Baxış: 518

Amerikanın Missuri ştatının Sprinqfild şəhərində cinayətkar topuğunda izləmə qolbağı ilə bankı soymağa gəlib. Bundan başqa kişi öz doğum şəhadətnaməsində pul verməsini tələb edən qeydi xəzinadara verib.

Milli.Az bildirir ki, bu barədə "Law & Crime" məlumat yayıb.

30 yaşlı Maykl Konli Loyd bir qızla mübahisə edib və bankı soymaq qərarına gəlib. O, mənzil yoldaşının "Dodge Ram" markalı avtomobilindən istifadə edib, maliyyə qurumunun qarşısındakı dayanacağa gedib və doğum haqqında şəhadətnaməsinin arxasına çəhrayı markerlə pul tələb edən qeyd yazıb. Kişi xəzinədara yaxınlaşıb ona həmin kağızı uzadıb.

Bank işçisi qeydi götürərək pulu şkafdan çıxarıb. Daha sonra o, pulu qeydi ilə birlikdə soyğunçuya verib. Kişi pulu götürüb bankdan çıxıb gedib. Loyd cinayət yerindən qaçdıqdan sonra doğum haqqında şəhadətnaməni və pasportunu atıb. Polisin soyğunçuluq barədə xəbər verməsi üçün gəldiyi patrul maşınlarının keçdiyini görən cinayətkar qorxaraq maşının pəncərəsindən pul atmağa başlayıb. Bundan sonra o, qonşusuna mesaj yazaraq, avtomobilinin oğurlandığını polisə bildirməsini xahiş edib.

Oğurluqdan 10 dəqiqə sonra qonşunun sevgilisi polisə zəng edərək başına gələnləri danışıb. Polis Loydu evdə tapıb. Amerikalı polisə deyib ki, mübahisədən sonra sevgilisinə nəyisə sübut etmək üçün bankı soyumağa gedib. Onun konkret nəyi sübut edəcəyi məlum olmayıb.

Loyd müstəntiqlərə bildirib ki, ona hansı cəza verilsə də, həbsxanaya getməyə və etdiklərinə görə bütün məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Kişi tərəfindən törədilən cinayət üçün maksimum mümkün cəza 20 il həbs və 250 min dollar cərimədir. Ümumilikdə həmin şəxs banka 754 dollar məbləğində ziyan vurub.

Həmçinin məlum olub ki, cinayət törədərkən Loydun əynində izləmə qolbağı olub və bu qolbaq əvvəllər törətdiyi cinayətlərə görə cəza olaraq topuğundan asılıb. Onun hansı hüquqpozma törətdiyi iş materiallarından məlum olmasa da, məhkəmənin məlumatına görə, həmin şəxsin əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək, həbsə müqavimət göstərmək, oğurluqla bağlı cinayətlərdə ittiham olunub.

İrfan Vəliyev
Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics