Maraqlı

Öz ölümünü saxtalaşdıran şəxs yaxalandı - VİDEO

21 Noyabr 2022 20:26
Baxış: 999

İndoneziyanın Cənubi Cakarta əyalətinin sakini borclarına görə özünü ölü kimi göstərməyə çalışıb, amma öz tabutunda hərəkət etdiyinə görə və bunun videoya düşməsinə görə tutulub.

Milli.Az bildirir ki, bu barədə "Coconuts" məlumat yayıb.

Borc götürmüş 40 yaşlı kişi həyat yoldaşı ilə tabut alıb və təcili yardım sürücüsünün pulunu ödəyib ki, öz ölümünü saxtalaşdırsın. Onlar sürücüyə bildiriblər ki, Rankabunqur rayonunda ölən qohumunun meyitini götürmək lazımdır.

Qohumlarının evinə gedərkən cütlük sürücüdən magistral yolda yerləşən istirahət yerində qısa müddətə saxlamağı xahiş ediblər. Dayandıqdan sonra kişi sərnişin oturacağına qayıtmayıb. Sonradan məlum olub ki, o, əvvəlcədən hazırlanmış kostyum geyinib və tabutun içində uzanıb. Daha sonra avtomobil yoluna davam edib, lakin qohumunun evinə deyil, Boqor şəhərindəki xəstəxanaya gedib. Ehtimal ki, orada cütlük kişinin ölümünü qeydiyyata almaq niyyətində olublar.

Xəstəxanada hadisə şahidləri adamın tabutda hərəkət etdiyini lentə alıblar. Məlum olub ki, orada olarkən kişi huşunu itirib, sonra isə özünə gəlib. Video şəbəkədə sürətlə yayılıb və kişi başqa xəstəxanaya aparılıb.

Video sosial şəbəkələrdə yayımlandıqdan sonra polis hadisə ilə maraqlanıb. Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb və bildiriblər ki, kişi arvadının köməyi ilə öz ölümünü saxtalaşdırmağa cəhd edib. Tibbi maşının sürücüsü arvadının ailə borclarından şikayət etdiyini eşitdiyini və pulun qaytarılmasını tələb edənlərin çox olduğunu bildirib. O qeyd edib ki, cütlük onun maşınına minəndə olduqca sağlam görünüblər.

İndoneziya qanunlarına görə, səlahiyyətliləri qəsdən aldatmaq bir ilə qədər həbs cəzası ilə cəzalandırılan cinayətdir. Polis bildirib ki, indoneziyalı xəstəxanadan çıxandan sonra kişi və həyat yoldaşı dindiriləcək.

İrfan Vəliyev
Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics