Maraqlı

Kral ailəsinin məşhur tacının tarixi - FOTO

20 Noyabr 2022 23:39
Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə mediası ingilis kral ailəsinin tacı ilə bağlı məqalə yayımlayıb. Kral ailələrinin qadın üzvlərinin zaman-zaman taxdıqları, milyonlarla dəyərində olan taclar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Britaniya kral ailəsinin kolleksiyasında illərdir müzakirə mövzusu olan taclar var. Amma onlardan biri kolleksiyadakı digər parçalardan seçilir.

Şahzadə Çarlzla evli olan mərhum Şahzadə Dianaya 1982-ci ildə Kraliça II Elizabet tərəfindən verilən "Eşq düyünü" adlı tacdır. Sözügedən tacın uzun bir hekayəsi var. Çarlzla evli olarkən tez-tez bu tacı taxan Diana sayəsində bu aksessuar "bütün zamanların ən məşhur tacı" olub. Üstəlik, ailənin kolleksiyasında daha parlaq və qiymətli taclar olsa belə, onun şöhrətini alan olmayıb.

Lakin Diana və Çarlzın boşanmasından sonra bu məşhur tac da gündəmdən düşüb. Diana artıq rəsmi olaraq ailənin gəlini olmadığı üçün tacı kraliçaya qaytarıb. Bir vaxtlar tac gün işığı görmədən illərlə bağlı qapılar arxasında qalıb. Diananın heç vaxt görmədiyi gəlini Şahzadə Uilyamın həyat yoldaşı, Kembric hersoginyası Keyt Middlton tacın növbəti sahibi olub.

Kral ailəsinin sevgi düyünü olan1997-ci ildə Diananın ölümündən sonra 2015-ci ilə qədər 18 il ərzində Britaniya kral ailəsinin heç bir üzvü tərəfindən ictimai yerlərdə taxılmayıb. 2015-ci ildə eyt Middlton tacı Bukingem sarayında ziyafətə gedərkən taxıb. Əslində, bu tac yeni Uels şahzadəsinin ən çox istifadə edilən tacı olub.

Middleton 2015-ci ildən sonra eyni tacla bəzi tədbirlərə qatılıb. 2017-ci ildə İspaniya kralı Filip və kraliça Letisiyanın qonaq olduğu rəsmi şam yeməyində o, eyni tacı taxıb. Sonra, həmin il o, Villem Aleksandr və kraliça Maksimanın şərəfinə verilən başqa bir rəsmi şam yeməyinə bu tacla qatılıb.

Kraliça II Elizabet bu tacı onun varisi Şahzadə Uilyam doğulduqdan sonra Dianaya hədiyyə edib. Beləliklə, bu tac Dianaya analıq hədiyyəsidir. Tac 1913-cü ildə dövrün ən məşhur zərgərlik dizaynerinin sifarişi ilə hazırlanıb və Kral V Georgun həyat yoldaşı Kraliça Məryəmə verilib. Parıldayan brilliantlarla, qızıl və gümüşlə bəzədilmiş 19 armudvari mirvaridən ibarətdir. Tacın qiymətinin 2 ilə 3 milyon funt-sterlinq arasında olduğu bildirilir.

Bu qiymətli tacı ilk dəfə Kraliça Məryəm istifadə edib. Ölümündən sonra kraliça II Elizabetə miras qalıb.

Yazıda qeyd edilib ki, sözügedən tac əslində başqa bir baş aksessuarının kopyasıdır. Kraliça Məryəm bu məşhur istifadəyə verərkən nənəsi Şahzadə Auqustaya məxsus orijinal tacdan ilhamlanıb. Məryəmin nənəsi Auqusto, Kembric hersoqu Adolfun xanımı olub. Bu gün tanıdığımız tiaraya ilham verən orijinal tiara 1818-ci ildə valideynləri tərəfindən Şahzadə Auqustaya toy hədiyyəsi olaraq verilib. İllər sonra Auqusta eyni tacı böyük qızı Auqusta Karolinə toy hədiyyəsi olaraq bağışlayıb. Orijinal tac naməlum bir ailənin kolleksiyasında qorunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.