Maraqlı

“Titanik” sərnişininin cib saatı 118 min dollara hərraca çıxarılacaq

18 Noyabr 2022 17:18
Baxış: 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Titanik" sərnişininin cib saatı hərracda 118 min dollara satılacaq. Saat sahibinin gəmi ilə birlikdə batdığı anda dayanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əşya Oskar Vudiyə məxsus olub. Onun cəsədi faciədən on gün sonra suyun üzünə çıxıb və şəxsi əşyaları ilə birgə ailəsinə təhvil verilib.

Vudi "Titanik"də poçt müdiri vəzifəsində çalışıb. Layner batmağa başlayanda o və dörd həmkarı yüzlərlə poçt çantasını yuxarı göyərtələrə daşıyaraq xilas etməyə çalışıblar.

Oskarın dul həyat yoldaşı saatı Vudinin üzvü olduğu Mason Lojasına verib. Oradan isə artefakt onu satmaq qərarına gələn şəxsi kolleksiyaçıya çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.