Fitnə nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fitnə iftiradan doğar ondan qidalanıb bəslənir. O bəsləndikcə, parçalanma, nifrət, kin və düşmənlik kök salır. Uca Rəbbimiz, fitnə, insanların birbirini öldürməsindən də pis bir şey olduğunu bildirməkdədir: وَالْفِتْنَةُ اَشَدُّ مِنَ الْقَتْلِۚ
"...Fitnə qətldən daha pisdir..." (Bəqərə, 2/191)
Biz bunları həm tarixdən həm də baş verən hadisələrdən və başımıza gələnlərdən müşahidə etməkdəyik.
İslam aləmi fitnə ilə parçalandı və bir birinin qanını tökdü. Səhabə kimi nümunəvi insanlar bundan nəsibini aldı. Fitnə təkcə savaşları başlatmır, təkcə insanları öldürmür. Ədavəti, kini, düşmənliyi yaradır və sonrakı nəsillərə də daşıyır. Milləti, ölkəni, ailəni dağıdır, parçalayır. Ən sevdiyin, qardaş qardaşı, ər arvadı, ata oğulu birbirindən ayırır.
Yaşadığımız hadisədən bir misal verəcəyəm: Ölkəmizdə ilk başda müsəlman olan namaz qılan insanlar arasında çox gözəl bir münasibət, sevgi vardı. Heç ağlımıza gələrdimi ki, bizə kənardan başqaları bu münasibətə xələl gətirəcək, bu sevgini yox edəcək?!
Heçbir düşmənin, heçbir kənar qüvvənin yox edə bilməyəcəyi qardaşlığı, dostluğu içimizdəki qardaş dediklərimiz elə bu fitnəylə yox etdi. Fitnəyə düşənlər müsəlmanlara qarşı bəslədiyi ülvi dəyərləri qəlbindən söküb atdı. Onlar burax səni, Allahın evini tağut olaraq görür və artıq həyatı boyu oraya girmir. Çünki fitnədən hördüyü hörümçək ağını özünə ev etmiş. Allah niyə evlərin ən zəifi hörümçək evidir deyir? Çünki, o evin əsli əsası/təməli yoxdu və o evdə ailə fərdləri birbirini yeyir.
İnsanlar ən böyük iftiranı Allaha qarşı edərək fitnə saldılar. Müxtəlif ilahlar uydurub, yeni dinlər icad etdilər. Bu dinlər öz aralarında müxtəlif təriqətlərə, məzhəblərə bölündü. Hər bir din mənsubu hər bir təriqət mənsubu öz təmsilçisinə dəyər verdi. Öz dinindən öz təriqətindən olmayan bir insanı ailəsindən belə olsa ona düşmən kəsildilər.
Halbuki Allahın dini rəng, din, dil, məqam ayrı seçkilik etmədən hərkəsi biraraya gətirməyi, aralarında birlik bərabərliyi güvən və dostluq içində yaşamağı əmr edər. Birbirinə qarşı hüsnü zənn bəsləməyi yəni yaxşı fikirdə olmağı, sui zənn bəsləməyi isə yəni pis əsassız fikirlərə düşməyi isə qadağan edər. Çünki İftiranın toxumu sui zənlə başlayır. Bu haqda Rəbbimiz belə buyurmaqdadır:
"Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir." (Hucurat, 49/12)
Özünüz də şahidsiz, biz, sünni və şiəyə insanların icad etdiyi təriqətləri buraxıb təkcə Allahın əmr etdiyi müsəlmanlığa çağırdığımız zaman onlar bizə Amerikanın, Rusyanın agenti, vəhhabi və s. kimi iftiralar yaxarlar. Bu cür insanların çox olduğu cəmiyyətlərə xarici düşmən lazım deyil. Hər zaman öz aralarında didişib dururlar.
Quranda bunlar haqda belə buyrulur: "O kəslər ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini (üstün bilib) sevinir." (Rum 30/32).
Bir başqa ayədə: Onlara: "Allahın nazil etdiyinə və elçisinə tərəf gəlin!" - deyildiyi zaman: "Atalarımızın getdiyi yol bizə bəsdir", - deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə onda necə?!" (Maidə 5/104)
Allah, onların və bütün fitnəkarların şərrindən bizi Quranda göstərilən bu peyğəmbər duasıyla qorusun:
"Ey Rəbbim! Fitnə-fəsad törədən qövmün əleyhinə mənə kömək et!" (Ənkəbud, 29/30)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
XƏBƏR LENTİ
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"





