Maraqlı

Az siqaret çəkənlərdə daha güclü nikotin asılılığı olur

19 Noyabr 2022 20:05
Baxış: 730
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Az siqaret çəkənlər, hər gün yox, bir gündən bir siqaret çəkənlərdə gündə siqaret çəkənlərə nisbətən daha güclü asılılq olur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, yeni elmi araşdırma bunu sübut edib.

Pensilvaniya universitetinin professoru Conatan Faulds bildirib ki, yüngül siqaret çəkənlər nikotindən daha çox zərər çəkir.

"Həkimlər çox zaman səhvən belə hesab edir ki, gündə 10 siqaretdən az çəkənlərdə nikotin asılılığı olmur.
Alimlər Milli Sağlamlıq İnstitutunun bazasından 6700 siqaret çəkənin tibbi məlumatlarını incələyib.

Bütün iştirakçılar tam nikotin asılığı müayinələrindən keçirilib.
Nikotindən yüngüldən ağır formaya kimi asılılıq 85% iştirakçıda müəyyən olunub.
Daha çox nikotin asılılığı olanlar hər gün siqaret çəkməyənlər idi.

Orta və ağır forma asılılıq gündə 21 və daha çox siqaret çəkənlərdə aşkarlanıb.

Həkimlər daha çox çəkilən siqaret sayı ilə pasiyentləri bölür, amma əslində az çəkən çox çəkən qədər asılıdır, amma nədənsə müşahidədən kənarda qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.