Maraqlı

Karlığı ilk 2 həftədə tam müalicə etmək olar

5 Noyabr 2022 21:05
Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qulaqda yaranan karlığı yarandığı vaxtdan ilk 2 həftədə müalicə olunarsa, tam aradan qalxa bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, LOR həkim Yelena Mironova eşitmənin tam itməsinin səbəblərini açıqlayıb.
"Eşitmənin tam və ya qismən itməsi bir və ya iki qulaqda eyni vaxtda ola bilər.

Bir qulaqda da olsa eşitmə 50% və tam itən kimi günlərlə bərpa olacağını gözləmək olmaz. Bu zaman həkim müdaxiləsi vacibdir. Qəfil karlaşma ildırım sürətilə baş verir və 2 həftə ərzində geridönməz dəyişikliklər yaranır.

Kəskin eşitmə itkisi 43-55 yaş arası insanlarda daha çox baş verir. Səbəblər o qədər fərqli və müxtəlifdir ki, onun üzərində dayanmaq belə səmərəsizdir.

Əsas odur ki, karlıq hiss edən kimi, həmin günlərdə həkimə gedəsiz. Bu zaman operativ və ya dərman müdaxiləsi ilə səslərin tam itməsinin qarşısı alına bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.