Maraqlı

İntim həyatı olmayan kişilər şirniyyata meyl edir

1 Noyabr 2022 21:25
Baxış: 1 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İntim həyatı sönük olan, həftədə normada əlaqəsi olmayan kişilər un məmulatı və şirniyyata meyl edir. Bununla onlar qıcıqlanmalarını azaldır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə seksoloq Aleksandra Miller deyib.
"Kişinin cinsi həyatı pozularsa, seks defisiti yaranarsa, bu hormonal fonu pozur. Kişidə xoşbəxtlik hormonları - endorfin, oksitosin, prolaktin azalır.

Məhz bu hormon buketi kişidə stabil psixika, yaxşı əhval, tonus və pozitivliyi saxlayır. Onlar əskik olanda gərginlik artır, yuxu pozulur, kişilərin qida tələbi çoxalır, onlar sanki əvəzləyici kimi çox yeməyi və şirniyyatı seçirlər.

Əhvalı qaldıran qidalar isə şirin un məmulatıdır.

Kişi libidosuna vazopressin sekresiyası təsir edir, bu hormon həm həzz, həm də aqressiyaya cavabdehdir.
Əgər bu hormon həzzə xərclənmirsə, nevroz və qıcıqlanma yaranır.

Müntəzəm cinsi əlaqə kişini ürək damar problemlərindən də qoruya bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.