Oğurluq, qəsbkarlıq, qarət, soyğunçuluq günümüzün ən ağrılı problemlərindəndir. Elə gün olmur ki, kriminal xronika oğruların törətdiyi əməllərlə "zənginləşməsin". Çoxumuza hətta elə gəlir ki, oğurluq XXI əsrdə daha kəskinləşib, oğrular indi daha peşəkarlaşıb.
Amma bu, yanlış təəssürat imiş. Çünki onlar heç keçmişdə də az peşəkar deyildilər. Doğrudur, hazırda soyğunlara, qarətlərə qarşı bir çox müdafiə mexanizmləri icad olunub və onlar getdikcə inkişaf etdirilir. DNT testləri, qan nümunələri, barmaq izləri, gizli kamera çəkilişləri bəzi oğruların qarşısını almaq üçün uğurlu vasitə ola bilər, amma bəziləri öz işlərində çox uğurludur.
Keçək dünya tarixinin ən məşhur oğrularına. Sıralamaya aşağıdan yuxarı, yəni daha az peşəkarlardan daha çox peşəkarlara doğru gedək.
"Yeni Müsavat" yazır ki, 2006-cı ildə Fransada bir dəstə oğru supermarketin kassasını soyub qaçır. Vaxtilə kassalar dinamitlə partladılırdı, amma bu üsul pula ziyan verdiyi üçün daha yeni bir metoda ehtiyac vardı. Amma "peşəkar" dəstə bu dəfə daha fərqli üsul seçmişdi. Belə ki. öncə kassada bir dəlik açmış, daha sonra isə o dəlikdən güclü bir tozsoranla bütün pulları götürmüşdü. 2011-ci ilə qədər oğrular kassadan ümumən 800 min dollara yaxın pul oğurladılar.
2010-cu il, martın 20-də "Credit Lyonnais Bank" yalnız filmlərdə görməyə alışdığımız bir üsulla soyuldu. Bankın yaxınlığındakı bir evdən banka tunel qazan soyğunçular təhlükəsizlik xidməti əməkdaşını da stula bağlayaraq düz 125 kassanı boşaltmışdılar.
Oğurluğunun peşəkarlıq dərəcəsinə görə 8-ci sırada Karl Gugasian adlı oğru dayanır. İlk dəfə 15 yaşında bir şirniyyat mağazasını soyan Karl Gugasian ABŞ-ın Pensilvaniya Universitetində təhsil alıb. Bir ara silah istehsalı üzrə təhsil alan Karl məzun olandan sonra maşın oğurluğuna başlayıb. Daha sonra sevdiyi film qəhrəmanlarının, xüsusən də Freddi Kruegerin maskasını taxaraq bankları soymaq yolunu seçib. 45 bank soyan Gugasian yalnız o vaxt həbs edildi ki, üzərində barmaq izlərinin olduğu silahlar və maskalar təsadüfən iki uşaq tərəfindən tapıldı. O isə həbs olunduğu günə qədər 2 milyon dollarlıq soyğun hadisəsi həyata keçirmişdi.
7-ci sırada Parisdəki Sənət Muzeyinin qarət edilməsi qərar tutub. Bu soyğunu isə 2010-cu ilin may ayında bir oğru həyata keçirib. O da təkcə muzeyin pəncərəsini qıraraq girdiyi muzeydən dəyəri təxminən 100 milyon funt-sterlinq olan tabloları oğurlayıb. Muzeydə həyəcan siqnalı yox imiş və təhlükəsizlik xidməti əməkdaşları da heç bir səs eşitmədiklərini demişdilər. Polis isə iddia edir ki. bu oğurluq özəl bir kolleksioner tərəfindən təşkil edilib.
60-70-ci illər İngiltərədə oğru dünyası qızıl dövrünü yaşayırdı və Derek Smalls adlı oğru da bu axının başında idi. 15 yaşında başladığı oğru həyatında bir çox soyğuna imza atan Smalls "Barclays" bankından 237736 funt-sterlinq oğurlayaraq həmin dönəmin rekordunu müəyyən etmişdi. Daha sonra həbs edildi və bütün dostlarını satdı. Həbsdən çıxandan sonra daha 21 nəfər barədə polisə məlumat verərək onların həbsinə nail oldu. Beləliklə, Smalls oğru dünyasının ən sevilməyən personalarından birinə çevrildi. Hazırda isə polis nəzarətində yaşamaqdadır.
"İzabella Stüart Gardner" muzeyində baş verən soyğun olayı da zamanında tarixə öz izini qoyub. 1990-cı il, martın 18-də iki nəfər Boston (ABŞ) şəhər polisinin geyimi ilə muzeyə girib. Onlar 500 milyon dollar dəyərində tabloları oğurlayıblar. Muzey rəhbərliyi hələ də həbs olunmayan oğruların tapılmasına görə 5 milyon dollar mükafat təklif edib. Oğruların yeri və kimliyi ilə bağlı məlumat verən isə hələ ki yoxdur. Amma rəsmlərin çərçivələri şəkillərin nə vaxtsa qayıdacağı ümidi ilə hələ də boş saxlanılıb.
Soyğunlar sırasında 4-cü yeri tutanlar isə özünə "Turin məktəbi" adını qoyan qrupdur. Onlar da 2003-cü il, fevralın 14-də "Antwerp Diamond Center"də bir soyğun həyata keçirib. Təhlükəsizlik xidmətinin qapıları axşam saat 7-də bağlanırdı. Dəstənin başçısı Leonardo Notarbartolo bir neçə saat əvvəldən liftdə gözləmiş, saat 7-də liftdən çıxandan sonra digər dostlarını içəriyə çağırmışdı. Almazların olduğu mərtəbəyə gedən liftdə müəyyən oğurluq əməliyyatları keçirildi. İşıq sensorları qara bantla qapadıldı. Kassanın iki açarı vardı. Birinci açarın da öncədən surəti çıxarılmışdı. İkincisi isə şifrə idi. Oğruların şifrəni necə öyrənməsi hələ də bəlli deyil. Qapıda bir-birinə birləşmiş iki maqnit vardı və qapı açılınca bir-birindən ayrılıb alarmı işə salırdılar. Dəstə qapını açmadan öncə maqnitləri bir-birindən ayırmadan yerlərindən çıxardılar və daha sonra qapını açdılar. Artıq qabaqlarında heç bir maneə qalmamışdı. Oğrular milyonlarla dollar dəyərindəki brilyantları oğurlayıb uzaqlaşdılar.
Çatdıq 10 böyük oğurluq siyahısındakı ilk üçlüyə. 3-cü sırada "Baker küçəsi soyğunu" dayanır. Bu soyğun da 1971-ci ildə Londondakı "Lloyds Baker" bankında gerçəkləşib. Həmin qarət zamanı 3 milyon funt-sterlinq oğurlanıb. Banka tunel qazılmışdı, amma qapıda heç bir zərbə izi yox idi. Oğrular yaxalanmasa da 2 il sonra bu hadisə ilə bağlılığı olan bir neçə nəfər həbs edildi. Hətta bu oğurluq hadisəsi illər sonra Ceyson Stathamın "The Bank Job" adlı filmində canlandırıldı.
İkinci sırada "Çəhrayı panteralar" adlı oğrular dəstəsinin əməli dayanır. Bu dəstə Serbiyada məşhurdur. Onlar ilk soyğunlarında 500 min funt-sterlinq dəyərində brilyant oğurlayaraq üz kremlərinin içində saxlayıblar. Sözügedən soyğun Dubayda həyata keçirilib. Bundan başqa, 120 fərqli ölkədə də soyğun gerçəkləşib. İnterpol onların təxminən 200 nəfərlik bir dəstə olduğunu iddia edir. Dəstənin başçısı Draqan Mikic həbs olunmasına baxmayaraq 2005-ci ildə "Çəhrayı panteralar" silahla həbsxanaya girərək onu qaçırıblar.
Çatdıq birinci sıradakı oğurluq hadisəsinə. Albert Spaggiarinin "əl işi" olan bu qarət sözügedən siyahının lideridir. 1976-cı ildəki "Societe Generale" bankının qarət edilməsi ilə xatırlanan bu adam ilk soyğununu öz qız dostunun yanında forslanmaq üçün edib. Daha sonra həbs, ardınca azadlıq və əsgərlik həyatı belə onu oğurluqdan vaz keçməyə məcbur edə bilməyib. Ən məşhur bank soyğununu gerçəkləşdirmək üçün isə özü kimi oğrularla əməkdaşlığa girib və kanalizasiyadan banka tunel qazıb. Banka çatmaq üçün düz 2 ay vaxtları gedən dəstənin əldə etdiyi nəticə də uğurlu olub. Oğrular düz 60 milyon frank qazanıblar. Soyğundan sonra polis ətrafı yoxlayıb və bu qeydlər olan bir kağız parçası ilə qarşılaşıb: "Silah yox, nifrət yox, şiddət yox". Heç vaxt polisə yaxalanmayan Spaggiari 52 yaşında qırtlaq xərçəngindən dünyasını dəyişib.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dünyanın ən məşhur oğurluqları
9 Aprel 2012 21:58
0 Şərh
Baxış: 8 079

DİGƏR XƏBƏRLƏR
-
"Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur"
-
Qayınana-gəlin probleminə çarə tapıldı
-
"Eşref Rüya" izləyicilərinin diqqətinə
-
Günün qoroskopu: Emosional məsuliyyətlər sizi sıxa bilər
-
Bakıda yol üstündə dava: Ürəyindən bıçaqlandı - yenilənib - VİDEO
-
Ən çox işıq pulu yazan cihazlar - Borc çox gəlsin istəmirsinizsə...
XƏBƏR LENTİ
-
Cərrah 20 sm aləti xəstənin qarnında yaddan çıxartdı
-
"Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur"
-
Qayınana-gəlin probleminə çarə tapıldı
-
İbrahim Borçalı toy qiymətini AÇIQLADI
-
Ərdoğan Azərbaycana səfər edəcək
-
Heç cür idmana başlaya bilməyənlər üçün üsullar
-
"Eşref Rüya" izləyicilərinin diqqətinə
-
Çernobıl AES-də baş verən qəzadan 39 il ötür
-
Yeni müharibə başlayır? - AÇIQLAMA
-
Günün qoroskopu: Emosional məsuliyyətlər sizi sıxa bilər
-
Rus generalın öldürüldüyü həmin maşın azərbaycanlıya satılıbmış - TƏFƏRRÜAT
-
Ağsuda ağır qəza - yaralılar var
-
Azərbaycanlı müğənnilərin toyudur - FOTO
-
Oturduğunuz yerdə arıqlayacaqsınız - 1 həftəyə 5 kilo
-
Bakıda yol üstündə dava: Ürəyindən bıçaqlandı - yenilənib - VİDEO
-
Qaraciyərin dostu, ürək xəstəliklərinin düşməni olan tərəvəz - Bazarlarda alan yoxdur
-
Pike sevgilisindən ayrıldı - FOTO
-
Tramp Zelenski ilə görüşə bilər
-
"Real Madrid" "El Klasiko"da oynamaqdan imtina edir
-
Ən çox işıq pulu yazan cihazlar - Borc çox gəlsin istəmirsinizsə...
-
İstanbul yenidən silkələndi
-
Müəllimlərin repetitorluğu ləğv olunur?
-
Bu da “Qəbələ”nin çempionluq sevinci - VİDEO
-
Əsgərlikgən gəldiyi gün həbs olundu - Ağsuda olay