Maraqlı

Öd kisəsində poliplər kimlərdə yaranır?

19 Sentyabr 2022 21:25
Baxış: 596

Öd kisəsi polipləri 40 yaşdan yuxarı kişilərdə və qadınlarda daha sıx görünür. Son zamanlar Azərbaycanda USM müayinələrdə poliplər çox aşkarlanır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, öd kisə polipləri çox zaman xərçəng riski olmayan xolesterol poliplər (~ 60%), adenomiomlar (25%) və iltihabi (10%) poliplərdir. Öd kisə polipləri xoşxassəli olmasına baxmayaraq, çox nadir hallarda olsa da bəzilərində xərçəngə (öd kisəsi karsinoması) çevrilmə riski vardır. Bu poliplər adenomlardır.

Xəstələrin çoxu öd kisəsindəki poliplərdən yalnız təsadüfi müayinə zamanı xəbər tutur. Bəzi öd kisə polipləri çox zaman heç bir əlamətlə özünü büruzə vermir və uzun illər "səssiz" qalır. Çox nadir hallarda ürəkbulanma, qusma, sağ qabırğaaltında ağrı, sağ kürəkaltına vuran ağrı ilə özünü göstərə bilər. Ümumi populyasiyada öd kisə poliplərinə 0.3-12% arasında rast gəlinir.

Adenomlar ümumi öd kisə poliplərinin cəmi 4-5%-ni təşkil edir. Amma bu qrupdan olan poliplərin 12% xərçəngə çevrilmə riski olduğu üçün ciddi nəzarətdə saxlanılmalıdır. Bir sözlə, bütün öd kisə poliplərinin 1% xərçəngə çevrilmə riski vardır. Hər öd kisəsində polip olan insanı əməliyyat etsək, onda 99 %-i tam mənasız yerə əməliyyat olunmuş sayılacaq . Öd kisə poliplərinin diaqnostika və müşahidəsində USM müayinəsinin böyük rolu var. Öd kisədə daş yoxdursa, polipin USM vasitəsilə aşkarlanması 99% mümkündür.

Terapevt-qastroenteroloq Mətanət Cəfərova, bildirib ki, ə n önəmli olan parametr USM-də görülən polipin ölçüsüdür.

- Öd kisəsində olan poliplərin 90%-i 1 sm-dən kiçikdir.

- Ölçüsü 5 mm ilə 1 sm arasında olan "səssiz" poliplər müəyyən edildikdən sonra ilk müayinə 3 ay sonra, digər müayinələr 6 ayda bir olunmalıdır. 3-cü kontrol müayinədən sonra polipin ölçüsü və sayında dəyişiklik olmazsa, ildə 1 dəfə müayinəyə davam olunmalıdır.

- Ölçüsü 5 mm-dən kiçik olan poliplər ilk dəfə 6 aydan sonra yoxlanmalıdır. 6 ay sonra böyümə görülməzsə, bu yoxlanma ildə bir təkrarlanmalıdır. Böyümə və ya sayında artma görülərsə, əməliyyat, yoxsa müşahidə qərarını həkim verəcək.

- 10-20 mm ölçüdə olan poliplər şübhəli poliplər hesab olunur. Xəstədən geniş anamnez toplandıqdan sonra əməliyyat məsləhət görülə bilər.

- 20 mm-dən böyük olan öd kisəsi poliplərinin xərçəng riski çox yüksək olduğundan qısa müddətdə əməliyyat olunmaları məsləhətdir. Əlbəttə, xəstənin yaşı, ailə anamnezi və yanaşı risk faktorları da (simptom verirsə, ölçüsü böyükdürsə, geniş dabanlı, 3 və daha artıq polip, 50 yaşdan yuxarı, öd kisəsi daşı, kəskin xolesistit və pankreatitə səbəb olursa) nəzərə almaq lazımdır. Öd kisə polipləri bəzən öd kisəsi daşları ilə birgə rast gəlinir. Bu zaman polipin ölçüsündən asılı olmayaraq, həkim məsləhəti ilə əməliyyata göstəriş ola bilər.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics