Maraqlı

“Lincoln” yeni elektrik konseptini təqdim etdi - VİDEO

20 Avqust 2022 14:52
0 Şərh     Baxış: 739

"Linkoln" tam avtonom elektrik konsepti hazırlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şirkətin 100 illik yubileyi şərəfinə L100 adlandırılan model həm gələcək "Linkoln"ların xəbərçisi, həm də ənənənin qoruyucusu sayılır.

O, qüsursuz aerodinamik kuzov, qatlanan tavan, sükan və pedalsız interyer, xüsusi atmosfer yaratmaq üçün yüngül elementlər və ekranları birləşdirən sistem əldə edib.

konseptin hazırlanmasında dizaynerlər 1922-ci il "Lincoln Model L"dən ilham alıblar.

Elektromobilin sükanı və pedalı yoxdur. Onun yeganə idarəetmə elementi qiymətli daşlara bənzəyən kristal heykəlcikdir.

Məlumata görə, L100 "oyun qaydalarını dəyişdirəcək" yeni nəsil batareyalardan istifadə edir.

Qeyd edək ki, yeni konsept bu il markanın nümayiş etdirdiyi ikinci elektrik konseptidir. 2026-cı ilə qədər "Lincoln" "Cadillac" ilə rəqabət aparacaq beş elektromobil buraxmaq niyyətindədir.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics