Maraqlı

Pul tapan cavan, hansı yolu seçdi?

23 Avqust 2022 22:55
Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pul tapan cavan, hansı yolu seçdi?Bir gün bir cavan İmam Sadiqin (ə) yanına gəlir və deyir: "Ağacan, sərmayəm yoxdur".

İmam (ə) ona buyurur: "Doğruçu ol! Allah ruzini çatdıracaqdır".

Cavan bu sözlərdən sonra İmamın (ə) yanından çıxır və gedir. Yolda bir kisə pul tapır. Onun içində 700 dinar pul var idi.

Öz-özünə deyir: "Gərək İmamın (ə) buyuruşuna əməl edəm. Ona görə də insanlara elan edəcəyəm ki, bu kisənin sahibini tapsınlar".

Yüksək səslə deyir: "Hər kim pul kisəsi itiribsə, gəlib nişanəsini desin və aparsın".

Bir nəfər gəlir və kisənin nişanəsini deyir. Cavan da kisəni ona qaytarır.

Sonra İmamın (ə) yanına gəlib, olanları Həzrət Sadiqə (ə) danışır. İmam (ə) ona pul verərək, buyurur: "Bu halal 70 dinar, o haram 700 dinardan daha yaxşıdır. Onu Allah sənə çatdırmışdır".

Cavan o pulla ticarət edər, çox zəngin olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.