Maraqlı

Stallonenin dəbdəbəli mülkünü ipoteka ilə aldı

6 Avqust 2022 03:22
0 Şərh     Baxış: 480

Britaniyalı müğənni Adel amerikalı aktyor Silvestr Stallonenin dəbdəbəli mülkünü almaq üçün 37,7 milyon dollarlıq ipoteka götürüb. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, sənətçi banka ayda 226 min dollar ödəyəcək.

Adel "City National Bank"dan 30 illik ipoteka götürüb. Stallonenin Los-Ancelesdəki mülkü bu şəhərdə müğənniyə məxsus dördüncü mülk olub. O, fevral ayında 58 milyon dollara malikanə alıb.

Evin sahəsi təxminən 1,7 min kvadratmetr, torpaq sahəsi isə 1,4 hektardır. Evin içərisində altı yataq otağı və doqquz vanna otağı, həmçinin ev kinoteatrı, qonaq otağı və terasa çıxışı olan ofis var. Əsas binadan əlavə malikanədə hovuz, qaraj, studiya, spa sahəsi və iki yataq otağı, hamam və mətbəxi olan qonaq evi var.

İrfan Vəliyev
Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics