Maraqlı

İmam Hüseyn və "Sarullah"ın mənası

11 Avqust 2022 23:55
0 Şərh     Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hüseynə (ə) verilmişdir. İmam Hüseynin (ə) ziyarətnaməsində oxyuruq: "Əs-Səlamu ələykə ya sarəllah və ibn sarihi!" (Səalam olsun sənə, ey Allahın qanı və Allah qanının oğlu!") (Məhəmməd ibn Yaqub Küleyni, "əl-Kafi", c. 4, səh. 576. Bu cümlə rəcəb və şəban aylarının, həmçinin İmam Hüseynin (ə) Ərəfə günü ziyarətnaməsində yer almışdır)

"Sarullah" sözünün mənası ilə bağlı iki ehtimal var:
İntiqam;

Lüğət kitablarında "əs-sar" qan almaq (intiqam, qisas) mənasında verilir. Buna əsasən "sarullah" Allahın intiqamını alan mənasını ifadə edir.

Bilməz lazımdır ki, Hüseynin (ə) intiqam nidası, yəni "Ya ləsarat əl-Hüseyn" şüarı təvvabin və Muxtar qiyamının şüarları olmuşdur (Məhəmməd Baqir Məclisi, "Bihar əl-ənvar", c. 45, səh. 333).

Həmçinin bu, İmam Zamanın (ə) zühurunadək onun məzarı kənarında gözləyən mələklərin də şüarıdır (Şeyx Səduq, "Əmali", səh. 130; Məhəmməd Baqir Məclisi, "Bihar əl-ənvar", c. 44, səh. 286).

Bundan başqa İmam Zamanın (ə) (Şeyx Abbas Qumi, "Müntəha əl-amal", c. 1, səh. 542; "Bihar əl-ənvar", c. 44, səh. 218) və şəhadətsevər tərəfdaşlarının da bu şüarla çıxış edəcəyi bildirilir ("Bihar əl-ənvar", c. 52, səh. 308).

Yuxarıda "Sarullah" sözünün mənası haqqında deyilənlər İslam alimlərinin böyük əksəriyyəti tərəfindən qəbul olunur ("Təfsiri-nümunə"də deyilir: "Ərəb dilində "sar" heç zaman qan mənasında işlənməmişdir.

"Sar" qanbahası deməkdir" (Ərəb dilində qan "dəm" sözü ilə ifadə olunur) Məkarim Şirazi, "Təfsiri-Nümunə", c. 4, səh. 229). Bu mənada "sarullah" qanbahası Allaha aid olan kəsdir.

Yəni, o kəs ki, onun qanını (intiqamını) Allah alacaq. Çünki sən elə bir ailəyə mənsub deyilsən ki, sənin qanını Ailə başçısı alsın. Həmçinin sən bir qəbiləyə mənsub deyilsən ki, sənin qanını qəbilə başçısı alsın.

Sən insaniyyət dünyasına, varlıq aləminə mənsubsan, sən Allahın pak zatına mənsubsan, buna görə də sənin qanını o almalıdır. Həmçinin sən Allah yolu şəhidi Əli ibn Əbu Talibin (ə) övladısan, onun da intiqamı Allahın üzərinə düşür.

Allahın qanı.

Əllamə Məclisinin sözlərindən aydın olur ki, "sar" sözü qan və qan almaq (qisas) mənalarını ifadə edir ("Bihar əl-ənvar", c. 98, səh. 151). Onun sözlərini "Lisan əl-ərəb"də "sar" sözü ilə bağlı deyilənlər də təsdiq edir.

Bu lüğət kitabında deyilir: "Əs-Sar, qan (qisas) almaqdır və həmçinin "qan" mənasında da işləndiyi deyilmişdir" (İbn Mənzur, "Lisan əl-ərəb", c. 4, səh. 97).

Elə isə demək olar ki, İmam Hüseyn (ə) Allahın qanıdır. Amma doğrusu bu sözü qəbul etmək olar? Allah cisimdirmi ki, Onun qanı da olsun. Prinsipcə, Allah haqqında belə bir təsəvvür doğrudurmu?

Cavab olaraq demək lazımdır ki, İslam maarifində işlənən "Allahın əli" və s. ifadələr məcazi ifadələrdir (Məkarim Şirazi, "Təfsiri-Nümunə", c. 4, səh. 229; Möhsün Qiraəti, "Təfsiri-Nur", c. 2, səh. 443).

Misal üçün, Əli (ə) Allahın əlidir deyilir. Məqsəd bu deyil ki, Allah cisimdir, insan kimi əli var və bu İmam Əlidir (ə). Əksinə, məqsəd budur ki, Əli (ə) Allahın qüdrətinin təzahürüdür.

Demək, İmam Hüseynə (ə) "Sarullah" deyilməsinə haqq qazandıran aşağıdakı iki səbəbdən biri ola bilər:

"Sar" sözünün "Allah" sözünə nisbət verilməsi şərafət ifadə edir. Yəni, bu qan mövcüdatın ən şərəflisi Allaha aiddir. Bu qan, şərafətli qandır. Çünki Allah üçün axıdılıb. Buna görə də Allaha mənsubdur.

Necə ki, " Allahın bu dişi (maya) dəvəsi" ("Hud", 64) və "Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında" ("İbrahim", 37) ayələrində dəvə və beyt sözlərinin Allaha nisbət verilməsi onların şərafətini artırmaq məqsədi daşıyır (Seyid Məhəmməd Hüseyni Şirazi, "Təqrib əl-Quran ilə əl-əzhan", c. 2, səh. 200).

Kamillik dərəcələrində qürb məqamına yol tapan kamil insan Allahın əli, Allahın dili, Allahın qanı olur. Yəni, bu mənada Allahın əli olur ki, Allah bir iş görmək istəsə, onun əli ilə görür. Bu mənada Allahın dili olur ki, Allah bir söz demək istəsə, onun dili ilə deyir.

Bu mənada Allahın qanı olur ki, Allah istədikdə öz məktəbinə cəmiyyətdə onun qanı ilə həyat bəxş edir. İmam Əli (ə) və İmam Hüseyn (ə) "Allahın qanı"dırlar. Çünki onlardan axan qan dinə yeni həyat üfürülməsinə səbəb oldu.

Hər halda dini mətnlərimizdə "Sarullah" (Allahın qanı) ləqəbi İmam Hüseyn (ə) haqqında işlənmişdir. Biz inanırıq ki, birinci məna hərçənd düzgün mənadır, amma ikinci məna da "Sarullah" ləqəbi haqqında doğrudur və bu mənanın dərinliyinə gedənlər üçün prioritet versiyadır.

Bu baxımdan o həzrət (ə) o cəhətdən Allahın qanıdır ki, din cüssəsinə yeni həyat bəxş etmiş və Allahın yavaş-yavaş unudulduğu, ibadətinin vərdişə çevrildiyi bir zamanda bais olmuşdur ki, Allahın adı canlansız, yaşasın.

Bu baxımdan deyilir ki, İslam dini Peyğəmbərlə (s) gəlmiş və İmam Hüseynlə (ə) yaşamışdır. Məlumdur ki, diri insanın yaşaması üçün damarında qanın axmasına ehtiyac var. Damarlarda qanın axması həyat və dirilik simvoludur.

Qan dövranı dayanarsa, insanın ölümü çatır. İslam cüssəsinin də yaşaması üçün onun damarlarında qan axması zəruri idi. Buna görə də bir gün bu qan onun bədənindən ayrılsa, təbii ki, onun yalnız cismi qalacaq, ruhsuz və cansız olacaq (Ətraflı məlumat üçün bax: "İmam Hüseyn (ə) şəxsiyyətinə irfani, fəlsəfi və sxolastik baxış", səh. 91-104).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.