Evdə ayaqyalın gəzənlərə XƏBƏRDARLIQ: Bu xəstəliklərə tutula bilərsiniz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mütəxəssislər evdə ayaqyalın gəzməyin sağlamlığa zərərli olduğunu bildirir.
Evə çatan kimi ayaqqabılarınızı kənara atmaq, istirahət etmək üçün evdə çılpaq ayaqla gəzmək təhlükəli nəticələnə bilər. Ev ayaqqabıları olmadan gəzmək ayaqlarınızın sağlamlığı və gözəlliyi üçün xoşagəlməz nəticələrə səbəb olar.
1. Ayaqlarınız bakteriyalara daha çox məruz qalır
Döşəmələri təzə təmizləmisinizsə belə, bu, mikroblardan tamamilə azad olduğu anlamına gəlmir. Döşəmələr təmiz görünə bilər, amma əslində bir çox zərərli bakteriya və göbələk olan ev tozu var. Ayaqyalın gəzsəniz, ayaq dərinizə yoluxa bilər. Bu da öz növbəsində dırnaqlarınıza yoluxar. Dırnaqlarınızın saralmasına və daha kövrək olmasına gətirib çıxarar.
2. Sərt səthlər ayaqlarınız üçün yaxşı deyil
Aradabir çəmənlikdə ayaqyalın gəzmək insanın özünün yaxşı hiss etməsinə və hətta stresdən qurtulmasına kömək edə bilər. Ancaq evdə bunu etmək, əslində ayaqlarınıza zərər verər. Ayaqyalın gəzmək daban və pəncələrinizdə ağrı yarada bilər.
3. Yaralana bilərsiniz
İş yerindəki uzun gündən sonra ayaqqabılarınızı çıxarmaq və ayaqlarınızın nəfəs almasına icazə vermək, əlbəttə, xoşdur. Ancaq ayaqqabı olmadan gəzmək ayaqları yaralaya bilər. Araşdırmalar göstərib ki, corabsız evdə gəzmək əzələ problemlərinə səbəb olur.
4. Belinizə zərər verə bilər
Ayaqyalın gəzdikdən sonra ayaqlarınızın ağrıdığını hiss etmisinizsə, bunun elmi izahı var. Sərt səthlərdə ayaqyalın gəzmək ayaqlarınız arasında qeyri-bərabər çəki paylanmasına səbəb olur. Bu, mövcud ayaq deformasiyalarını pisləşdirə bilər, hətta bədəninizin yuxarı hissələrinə təsir edərək dizlərinizin və kürəyinizin ağrımasına səbəb olar.
5. Ayaq qoxusuna səbəb ola bilər
Ayaqlarınızı və kürəyinizi ağrıtmaqla yanaşı, mütəmadi olaraq ayaqyalın gəzmək xoşagəlməz bədən qoxusuna səbəb ola bilər. Ayaqyalın gəzərkən ayaqlarınızın iylənməsinə səbəb ola biləcək infeksiyalarla asanlıqla təmas edə bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
XƏBƏR LENTİ
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
-
Bu xanıma yüksək vəzifə verildi
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)





